Piyada keçidində aparılan təmir-bərpa işləri davam edir VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Piyada keçidində aparılan təmir-bərpa işləri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Binəqədi rayonu ərazisində Xocəsən-Lökbatan avtomobil yolunun 2-ci kilometrində yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri davam edir.
Layihəyə uyğun olaraq gecə saatlarında keçidin deformasiyaya uğramış aşırım hissəsinin sökülməsi işləri aparılıb.