Bakıda avtobus mühərrikində baş vermiş qısa qapanma səbəbindən yanıb VİDEO
Bakı, 21 iyul, AZƏRTAC
Bu gün saat 13:00 radələrində paytaxtın Xətai rayonunun Köhnə Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsində “İsuzu” markalı, 99-JU-545 dövlət qeydiyyat nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.