“CIDC-2023” tədbirinin rəsmiləri “Kibertəhlükəsizlik həlləri” sərgisi ilə tanış olublar VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
“Critical Infrastructure Defence Challenge 2023” (“CIDC-2023”) tədbirinin rəsmi qonaqları və tədbir iştirakçıları “Kibertəhlükəsizlik həlləri” sərgisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, sərgidə informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər özlərinə məxsus kiberhəllər təqdim ediblər. Sərgidə "R.I.S.K. Company", "Cyberpoint", "Palo Alto Networks", "Prosol", "Azerconnect", "Trendyol", "A2Z tecnologies", Innovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Huawei”, “Fortinet”, “AzInTelecom” və s. bu kimi şirkətlər və KOBİA-nın dəstək verdiyi startaplar iştirak edir.
Sərgi zamanı xüsusi ekranlarda aralıq yarışlar və "quiz"lər təqdim olunub. "Quiz"lərin həlli nəticəsində iştirakçılar topladıqları xallara uyğun hədiyyə qazanmaq fürsəti əldə edə biləcəklər.