Azərbaycan Dövlət İnformasiya Agentliyi

28 May - Respublika Günü münasibətilə Türkmənistanda rəsmi qəbul təşkil olunub

Aşqabad, 30 may, АZƏRTAC

Aşqabad şəhərində Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Qəbulda Türkmənistanın İdman Komitəsinin sədri Toylu Köməkov, ictimai xadimlər, xarici dövlətlərin və beynəlxalq təşkilatların bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərləri və soydaşlarımız iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Həsən Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində yaradılan ilk demokratik, dünyəvi respublika olması, onun yarandığı tarixi şərait, mövcud olduğu qısa müddət ərzində dövlət quruculuğunun müxtəlif sahələrində həyata keçirilən mütərəqqi islahatlar, beynəlxalq aləmdə tanınması istiqamətində görülən işlər barədə iştirakçılara geniş məlumat verib.

Cümhuriyyətin əsas fəaliyyət istiqamətlərinin iqtisadiyyat, mədəniyyət, təhsil sahələrində islahatların həyata keçirilməsi, milli ordunun yaradılması olduğunu bildirən səfir bu islahatlardan ən mühümü kimi cinsindən, milliyyətindən, siyasi və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər, o cümlədən müsəlman aləmində ilk dəfə qadınlara seçki hüququnun verilməsini qeyd edib. Cümhuriyyətin cəmi 23 ay yaşamasına baxmayaraq, onun Azərbaycan xalqının demokratik prinsiplər əsasında özünün milli dövlətini yarada bilməsinin sübutu kimi tarixə düşdüyünü diqqətə çatdırıb.

Müasir Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etməsini, eləcə də onun bayrağını, gerbini və himnini özünün dövlət rəmzləri kimi qəbul etməsini xalqımızın qədim dövlətçilik ənənələrinə sadiqliyinin nümayişi kimi qiymətləndirən səfir müstəqillik illərində ümummilli lider Heydər Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin yarandığını, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük nailiyyətlər qazanıldığını, bazar iqtisadiyyatının formalaşdığını, Azərbaycanın dünya birliyinə inteqrasiya olunduğunu, bütün bunların Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaratdığını vurğulayıb.

Bu gün Azərbaycanın iri beynəlxalq enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynadığını qeyd edən səfir artıq reallaşdırılmış layihələrlə yanaşı, yaxın zamanlarda daha bir nəhəng enerji layihəsi olan TANAP və TAP qaz kəmərlərinin inşaatının başa çatmaq üzrə olduğunu diqqətə çatdırıb. Adıçəkilən layihələrin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını bildirən səfir, həmçinin Asiyadan Avropaya və əks istiqamətdə yüklərin daşınması müddətini əhəmiyyətli dərəcədə azaldacaq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələrinin ölkəmizdə uğurla davam etdirildiyini vurğulayıb. O, Azərbaycanın Bakı Beynəlxalq Humanitar Forumunun, Mədəniyyətlərarası Dialoq Forumunun, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də bir çox beynəlxalq tədbirlərin həyata keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb.

Çoxsaylı uğurları ilə yanaşı, Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı kimi həll olunmamış probleminin də olduğunu bildirən səfir bununla bağlı dünya ictimaiyyətinin, aparıcı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin dərhal azad edilməsini tələb edən qətnamələrinin olduğunu diqqətə çatdırıb. O, bu tələblərin hələ də yerinə yetirilməməsinə baxmayaraq, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa edəcəyi xüsusi vurğulayıb.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan səfir Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən ölkələrimiz arasında əlaqələrin gələcək inkişafının əsas istiqamətlərinin müəyyən olunduğunu diqqətə çatdırıb. O, əlaqələrimizin siyasi və iqtisadi sahələrdə olduğu kimi, humanitar və mədəniyyət sahələrində də uğurla inkişaf etdiyini söyləyib, ötən il ticarət dövriyyəsinin 3 dəfə artdığını nəzərə çatdırıb. Azərbaycan ilə Türkmənistan arasında müştərək hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyi, eləcə də ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı şəkildə biri-birini dəstəklədikləri bildirilib.

Bu günlərdə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu diqqətə çatdıran səfir bunun münasibətlərin inkişafında yeni dövrün başlanğıcı olacağına inamını, eləcə də xalqlarımızın etnik yaxınlığının, tarixən qırılmaz bağlılığının, eyni mədəniyyətə sahib olmasının əlaqələrimizin inkişafına münbit zəmin yaratdığını vurğulayıb.

Daha sonra çıxış edən Türkmənistanın İdman Komitəsinin sədri Toylu Köməkov Prezident Qurbanqulu Berdiməhəmmədovun Respublika Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. O, Türkmənistanda Azərbaycan Respublikası ilə dostluq münasibətlərinə yüksək dəyər verildiyini söyləyib, hər iki ölkənin mehriban qonşu olduğunu, xalqlarımızın isə ortaq dil, tarixi və mədəni dəyərləri bölüşdüyünü qeyd edib.

T.Köməkov Türkmənistanın dövlət başçısının 2015-ci ilin iyun ayında ölkəmizdə keçirilmiş ilk Avropa Oyunlarının açılış mərasiminə qatıldığını və bu səfər çərçivəsində Azərbaycan Prezidenti ilə keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmaların münasibətlərin inkişafına yeni təkan verdiyini nəzərə çatdırıb. Vurğulayıb ki, bir neçə gün əvvəl Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Türkmənistandan çox böyük tərkibdə idmançıların iştirakı da münasibətlərin səviyyəsini göstərir.

Türkmənistan rəsmisi iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edildiyini bildirərək, Azərbaycanın Türkmənistanın bitərəflik statusunu dəstəkləyən ilk ölkələrdən biri olduğunu qeyd edib. Bu ilin əvvəlində BMT Baş Məclisinin iclasında Türkmənistanın irəli sürdüyü 12 dekabr tarixinin “Beynəlxalq bitərəflik günü” kimi qeyd edilməsinə dair qətnamə layihəsinə Azərbaycanın həmmüəllif rolunda qoşulması da əməkdaşlığımızın yüksək göstəricisidir. Əlaqələrimizin genişləndirilməsinin digər göstəriciləri sırasında Türkmənistan ilə Azərbaycan arasında hüquq-müqavilə bazasının gücləndirilməsi, hər iki ölkənin iştirakı ilə birgə beynəlxalq tədbirlərin keçirilməsi qeyd edilib. Toylu Köməkov ticarət-iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətinə toxunub, bu xüsusda hökumətlərarası komissiyanın vacib rol oynadığını qeyd edib. O, həmçinin elm və mədəniyyət sahəsində əməkdaşlıq üçün perspektivlərin mövcud olduğunu diqqətə çatdıraraq bildirib ki, istər Azərbaycan, istərsə də Türkmənistanda elm və mədəniyyət sahəsində keçirilən tədbirlərdə hər iki ölkənin nümayəndə heyətləri fəal iştirak edirlər.

Türkmənistanın İdman Komitəsinin sədri Toylu Köməkov Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin hər iki xalqın rifahı naminə daha da yüksək templərlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Rəsmi qəbulda Xalq artistləri Mələkxanım Eyubova və Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycandan gəlmiş incəsənət xadimləri milli musiqi nümunələri ilə çıxış ediblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb