Azərbaycan Dövlət İnformasiya Agentliyi

33 illik həsrət bitdi - Rzayevlər ailəsi Xocalıda məskunlaşdı REPORTAJ VİDEO

Oğuz-Xocalı, 31 yanvar, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları tərəfindən etnik təmizləmə və soyqırımı həyata keçirilən Xocalı düşməndən azad edildikdən sonra yenidən qurulur. Yeni yollar salınır, evlər tikilir, infrastruktur yaradılır... Bir vaxtlar güllə altında, min bir müsibətlə doğma torpaqlarını tərk etmiş Xocalı sakinləri öz vətənlərinə geri dönürlər. Ağrılı, dərdli günlər artıq geridə qalıb. Bu gün geniş abadlıq-quruculuq işlərinin aparıldığı Xocalıda indi həyat qaynayır.

Hər dəfə keçmiş məcburi köçkün ailələrinin doğma yurdlarına döndüklərini eşidəndə özümüzdən asılı olmayaraq, kövrək hisslər keçiririk. Neçə illər idi ki, onlar el-obalarından didərgin düşmüşdülər. Geri dönəcəkləri günü intizarla, həsrətlə gözləyirdilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 33 illik həsrəti başa çatanlardan biri də Oğuz rayonunda müvəqqəti məskunlaşan Rzayevlər ailəsidir. Bu ailədə bayram, toy əhvali-ruhiyyəsi yaşanırdı. Hamı yır-yığışda, köç karvanını yola salmaqda idi.

Evlərindən, kənd-kəsəklərindən erməni işğalçılarının güllə yağışı altında çıxmış bu insanların bəziləri düşmən əlinə keçməmək üçün ev-eşiklərini qoyub, canlarını götürüb güclə qaça bilmişdilər. Bəziləri isə evinin qapısını tələm-tələsik qıfıllayıb, bir gün qayıtmaq ümidi ilə açarlarını özü ilə götürmüşdü. Bu dəhşətli, ağrı-acılarla dolu olan günlərdə tale onların alnına köçkün adı yazmışdı.

Rzayevlər ailəsi 33 il əvvəl Xocalı rayonundan didərgin düşüb və Oğuz şəhəri yaxınlığında “Azərbaycan 60” adlı məntəqədə məskunlaşmışdı. 33 il ərzində çox zülmlər, əziyyətlər görsələr də, doğulub boya-başa çatdıqları kəndə dönəcəklərinə ümidlərini üzmədilər.

Evin xanımı Sevda Rzayeva qayınanasının ona əmanət etdiyi xalçanı ötən illərdə göz bəbəyi kimi qoruyub. Tarixi əmanəti maşına yükləməzdən əvvəl bir də ona əl gəzdirir. “Mənim qayınanam bu gəbəni özü əlinin zəhməti ilə toxuyub. Bunu 35 il burada saxlamışam. İndi də balalarımla birgə onu doğma yurdumuza qaytarırıq”, – deyir Sevda xanım.

Ailə başçısı Nofəl Rzayev isə bildirir ki, qardaşı döyüşlərdə şəhid olub, qohum-əqrəbası gülləbarana tuş gəlib. Lakin şəhidlərin şücaəti nəticəsində bu gün o həsrət bitir. “33 il əvvəl Xocalı rayonundan məcburi köçkün düşmüşük. Oğuzda məskunlaşdıq. Qardaşım İldırım döyüşlərdə şəhid olub. 33 ildən sonra Ali Baş Komandanımızın iradəsi, rəhbərliyi, şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti nəticəsində ana yurda dönürük. Şəhidlərin ruhu qarşısında baş əyirik ki, bizi Vətənimizə qaytardılar”, - deyən Nofəl Rzayevin gözlərində sevinc yaşları gilələnir.

Ailənin köçə hazırlanmasında qohum-əqrəba, qonşular da böyük həvəslə çalışır. Onların da bu qürurlu anı yaşayacaqlarına az qalıb. Xankəndi sakini Səxavət Əliyev deyir ki, bu gün el-obada bir bayramdır. Qonşular, qohumlar Rzayevlər ailəsini yola salmaq üçün toplaşıb. Səxavət Əliyev yaxın aylarda onların da doğma Xankəndiyə qayıdacağını səbirlə gözləyir.

Nəhayət, evin əşyaları yük maşınına yığılır. Ailə yola rəvan olur. El adəti üzrə yük karvanının arxasınca su atılır, xeyir-dua verilir. Beləcə, Rzayevlər ailəsi 33 illik həsrətin başa çatdığı yola çıxır. Maşında doğma el-obasını görməyin sevinc hisslərini yaşayan ailə üzvləri yolboyu ətrafı kədər qarışıq sevinc hissi ilə seyr edir, həm xoş, həm də ağrı-acı dolu xatirələri dilə gətirirlər. Nəhayət, maşın Xocalı yoluna daxil olur. Xocalı soyqırımının ağrı-acısını hələ də yaşayan Nofəlin gözləri dolur. O, şaxtalı-sızaqlı fevral gecəsində əli yalın qaçıb canını qurtarmağa çalışan həmyerlilərinin başına gətirilənləri bir daha yada salır. Qəhərlənir... Həm kədər, həm də sevinc hissi ilə doğma yurduna – Xocalı torpağına ayaq basır. Qəhrəman Azərbaycan əsgərinin Xocalı soyqırımını törədən qaniçənlərdən qisas aldığı doğma torpaqda olmağı sözlə ifadə edə bilmir...

Budur, köç karvanı Ballıca kəndinin mərkəzinə çatır. Ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri qarşılayır, onları təbrik edərək xoşbəxt və firavan həyat arzulayırlar. Mənzillərin açarları ailələrə təqdim edildikdən sonra hamı sevinə-sevinə evinə gedir. Biz də Rzayevlər ailəsi ilə birgə gedərək, sevinclərinə şərik oluruq.

Nofəl Rzayev özü ilə gətirdiyi Azərbaycan bayrağını evinin eyvanından asır. “Yolboyu gəldikcə həm 33 il əvvəlki hadisələri, hansı çətinliklərlə çıxdığımızı xatırlayıb kədərlənir, həm də yenidən doğma torpaqlara qayıtdığımız üçün sevinirdim. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Axır ki, Vətən həsrətimiz başa çatdı, doğma yerlərimizə gəldik. Şəhidlərimizin qarşısında baş əyirəm. Sağ olsun Ali Baş Komandanımız, var olsun Ordumuz”, - deyə o sevincini dilə gətirir.

Rzayevlər ailəsi yük avtomobili ilə gətirdikləri əşyaları evə daşıyırlar. Evin xanımı Sevda Rzayeva 33 il əvvəl Xocalını tərk edərkən özləri ilə apardıqları, qayınanasının yadigarı olan xalçanı otaqların birinə sərir: “Bu xalça evimizin ən dəyərli əşyasıdır. 33 il qoruyub, yenidən Vətənimə gətirmişəm. Sevincimdən danışa bilmirəm. Dağlarımızı, doğma torpaqlarımızı görəndə necə hiss olar?! Allah xalqımıza bir də pis günlər yaşatmasın”.

Bəli, hər bir Xocalı sakini kimi, Rzayevlər ailəsi də bu gün xoşbəxtdir. Çünki Xocalı da daxil olmaqla, bütün torpaqlarımız azad edilib. Vətən həsrəti bitib. Qarabağın, Xocalının işğaldan azad edilməsi ilə həm də bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisası alınıb.

33 illik həsrət bitdi - Rzayevlər ailəsi Xocalıda məskunlaşdı REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya ABŞ-nin hazırkı siyasəti fonunda Vaşinqtonla dialoqda maraqlı deyil

Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq

Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb

CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək

Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb

PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Oman sahillərində tankerə hücum edilib

Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm

Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb

Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar

“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb

Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub

Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub

Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq

Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər

“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO

Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb

Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub

Bu saata olan əsas xəbərlər

Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır

Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH

Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq

Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY

Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir - ŞƏRH

Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir

Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib

Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib

Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub

Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?

SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

® Kino biletləri də “ABB mobile” tətbiqində

Siyasi şərhçi: Avropada artan sosial narazılıq hökumətlərin böhranı idarə etmək qabiliyyətini sınağa çəkir

ADA Universitetinin nümayəndə heyəti İtaliyanın aparıcı ali təhsil müəssisələrində olub

Direktor: Xətai Tibb Mərkəzinə gündə 380-400 nəfər müraciət edir

Rza Əliyev: Azərbaycanın təşəbbüsləri mədəni yaxınlığı konkret əməkdaşlığa çevirir

Mərkəzi Bankın nümayəndələri Hacıqabulda vətəndaşların müraciətlərini dinləyiblər

Fransanın 2027-ci il büdcəsi ilə bağlı suallar yaranıb

® “Expressbank” Bərdədə 300 ağac əkib

Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq

Baş katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Dövlət Xidməti: Hərracda 67 nəqliyyat vasitəsi satılıb

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Oktyabrda metro ilə 16 milyondan çox sərnişin səfər edib VİDEO

Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

Fransada kütləvi etirazlar Makron hakimiyyətinin idarəçilik böhranının göstəricisidir - ŞƏRH

Məlahət İbrahimqızı: Ulu Öndərin zəngin siyasi irsi Türk dünyasının tarixində mühüm yer tutur

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr partiya üzvlərinin diqqətinə çatdırılıb

Daşkənddə Qazaxıstan futbolçularının kütləvi zəhərlənməsi ilə bağlı cinayət işi açılıb

Əməkdar müəllim Niftalı Qocayevin 90 illik yubileyi qeyd olunub

Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər

AHİK-in nümayəndə heyəti Türkmənistanda həmkarlar ittifaqları ilə əlaqələrin inkişafını müzakirə edib

Azərbaycanda əczaçılıq sektorunun inkişafı: sənaye potensialı, investisiyalar və yeni iqtisadi imkanlar

Vışeqrad dördlüyü prezidentlərinin sammiti: Əsas mövzu Ukraynaya dəstək və Aİ-nin genişlənməsidir

Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb

Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu

Media: Türkiyədə ikinci Atom Elektrik Stansiyasının tikintisi 30 milyard dollara başa gələcək

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

Xətai Tibb Mərkəzində Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb VİDEO

“Aramco”nun xalis mənfəəti 2,6 milyard dollar artıb

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib

Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ

Qəlbindəki nur ilə seçilən azərbaycanlı

“Liverpul”un futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

® “Bir” və “CineMastercard”dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə “Birbank”da

Rusiya Ukraynanın 9 vilayətində enerji infrastrukturuna zərbələr endirib

Fransalı nazir: Aksiyalarda gözyaşardıcı qazdan və qumbaralardan istifadə dayandırılmayacaq

Rusiya “3+3” formatında növbəti görüşün tezliklə keçirilməsinə ümid edir

Qazi Bəbir Qasımov: Vətən müharibəsində tarixi ədalət öz yerini tapdı

Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb

“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilib

® “Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar bir neçə oyun təxirə salınıb

İmişlidə “Aqrar sahədə dövlətin dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Azərbaycan Dəmir Yolları” yükdaşıma infrastrukturunun inkişafı və rəqəmsallaşma planlarını açıqlayıb

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı