Baş katib: Bakıdakı Dünya Kuboku gimnastlar üçün sınaq xarakteri daşıyır VİDEO
Bakı, 22 fevral, AZƏRTAC
Dünya Kuboku gimnastlar üçün sınaq xarakteri daşıyır. İdmançılar burada yeni gimnastika qaydalarını əks etdirən elementlər nümayiş etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Finala vəsiqə qazanan Azərbaycan idmançılarının fəxri kürsüdə yer alacaqlarına inandığını bildirən baş katib əlavə edib: “İdmançılarımız tamblinq, batut gimnastikası və sinxron çıxışlarda yaxşı nəticələr göstərərək sabah keçiriləcək final və yarımfinal mərhələlərinə yüksəliblər. Bu gün, həmçinin gimnastikasevərlər ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklərin performansına şahidlik etdilər. Hesab edirəm ki, bu, idmanımız üçün tarixi hadisədir".
Qeyd edək ki, Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq. Yarışda 15 ölkədən idmançılar güclərini sınayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]