Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Ağdərə, 18 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma burada görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəli olmaqla 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.

Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda “istirahət kompleksi layihəsi” icra olunub. Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb.

Dövlətimizin başçısı sakinlərlə görüşüb söhbət etdi.

Prezident İlham Əliyev: Salam.

Sakinlər: Salam, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Sakinlər: Xoş gördük, xoş gəlmisiniz. Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Bayramınız mübarək olsun. Sağ olun.

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol, təşəkkür edirəm. Siz də xoş gəlmisiniz.

Sakinlər: Xoş gününüzə gələk, Mehriban xanım.

Prezident İlham Əliyev: İlk növbədə, sizi bayram münasibətilə təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Bu gün İlaxır çərşənbə günüdür. Həsənriz kəndində tonqalı alovlandırdım və qarşıdan gələn Novruz bayramı münasibətilə sizi təbrik edirəm.

Sakinlər: Biz də Sizi təbrik edirik.

Prezident İlham Əliyev: Xatırlayıram ki, 2022-ci ildə bu Novruz tonqalını Suqovuşan kəndində qalamışdım və o vaxt göstəriş verdim ki, buraya insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evləriniz. Sıfırdan tikilib və bütün şərait var. Şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər.

Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm də fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Sakinlər: Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün qəhrəmanlarımıza cansağlığı versin. Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk. Biz gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına torpaqlarımızı geri aldıq, işğalçıları torpaqlarımızdan qovduq.

Əlbəttə ki, bu, uzun bir proses idi. İlk növbədə, dövlət quruculuğu prosesi getməli idi və güclü dövlət quruldu ki, bu gün Azərbaycan dünyada sayı o qədər də çox olmayan müstəqil siyasət apara biləcək ölkədir. İqtisadi inkişaf təbii ki, olmalı idi. Çünki bizə heç kim kömək etmirdi. Bu gün də heç kim kömək etmir və buna ehtiyac da duymuruq. Ona görə öz gücümüzə əsaslanaraq iqtisadi imkanlar yaratmalı idik ki, maliyyə imkanlarımız olsun. Güclü Ordu yaratmalı idik, bunu da etdik. Ordumuzu təchiz etməli idik, onu da etdik. Ordumuzun döyüş qabiliyyətini artırmaq üçün müntəzəm işlər gedirdi. Əlbəttə ki, gənc nəslin yetişdirilməsi. Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər. Bilirsiniz ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir. İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir. Siz də - bu bölgədə yaşamış insanlar, onların davamçıları yaxşı bilirsiniz ki, düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq. İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamısınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə. Təbrik edirəm sizi.

Sakinlər: Çox sağ olun. Bizi arzumuza çatdırdınız, Siz də arzunuza çatasınız. Allah balalarınızı saxlasın.

Prezident İlham Əliyev: Sağ olun. İndi də açarları təqdim edək.

X X X

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

X X X

Sakin: Allah Sizi arzunuza çatdırsın.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Qadın sakin: Çox sevinirik, 6 yaşımda buradan çıxmışam. Doğma yerimizdə Sizi salamlamaq çox sevincli haldır. Sevincimizi sözlə ifadə etmək mümkün deyil. Allah Sizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Prezident İlham Əliyev: Amin. Siz işğal dövründə harada yaşamısınız?

Qadın sakin: Şıxarx qəsəbəsində.

Prezident İlham Əliyev: O illəri xatırlayırsınız uşaq ikən?

Qadın sakin: Bu günümüzə şükür.

Kişi sakin: Mən də burada doğulmuşam, məktəbə getmişəm, 1973-cü ildə. Özüm də Birinci Qarabağ müharibəsi veteranıyam, döyüşlərdə iştirak etmişəm.

Prezident İlham Əliyev: Məktəb də təmir olundu, tam.

Kişi sakin: Bəli, olundu. Çox yüksək səviyyədə təmir olunub.

Prezident İlham Əliyev: İndi burada iş yerləri də yaradılacaq. Bura turizm zonasına çevrilməlidir, İnşallah. Bura gözəl, səfalı yerlərdir, Suqovuşan su anbarı da möcüzəvi bir əsərdir.

Kişi sakin: Ulu Öndərimizin əsəridir.

Prezident İlham Əliyev: Bəli. O vaxt həm Suqovuşan, həm Sərsəng su anbarlarının tikintisinin müəllifi Heydər Əliyev olmuşdur ki, Azərbaycanın bir neçə rayonunun su problemi həll edilsin. Amma mənfur düşmən işğal dövründə bizi o sudan da məhrum etmişdi. Biz faktiki olaraq o sudan istifadə edə bilmirdik, suyumuzu da kəsirdi. Sonra da lazım olmayan vaxtda, qışda açırdı və hər tərəfi su basırdı.

Kişi sakin: Bəli, yayda da vermirdilər.

Prezident İlham Əliyev: Yayda da vermirdilər. Yəni, bu düşmənçiliyin dərəcəsinə baxın, biz bunu necə unuda bilərik? Heç vaxt. Mən bunu demişəm, bir daha demək istəyirəm, biz heç vaxt bu vəhşiliyi, bu pisliyi unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik, gücümüzü ancaq Ermənistan ordusunu məhv etmək üçün səfərbər etmişdik. Onlar isə əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. Vaxtilə bizi hədələyənlər, “biz Bakıya tanklarla gəlib Bakıda çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər. Mən isə demişəm tanklar da Bakıdadır, Qənimətlər Parkında, çayı da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər.

Sakinlər: Hamısı Sizin sayənizdə.

Prezident İlham Əliyev: Ədalət budur, ədalətin təntənəsi budur və mən bunu dəfələrlə demişdim, işğal dövründə keçmiş köçkünlərlə mənim onlarla, bəlkə də yüzlərlə görüşlərim olub. Həm yeni qəsəbələrin açılışında, həm müxtəlif tədbirlərdə. Biz heç vaxt ümidimizi itirməmişdik, ancaq ildən-ilə görürdüm məndə də, bütün insanlarda da, necə deyərlər, ədalətə inam azalırdı. Çünki ədalət, necə deyərlər, mövqeyimizi gücləndirməli idi. Amma ədalət o vaxt zəfər çalır ki, iradən də var, gücün də var və haqqın da çatır. Bütün bu amillər bizdə olduğu üçün biz bu tarixi Zəfəri çaldıq. Bu Zəfərin, mən yenə də deyirəm, son onilliklər ərzində tayı-bərabəri olmayıb, bundan sonra da olmayacaq. Baxın, bu gün müxtəlif yerlərdə müharibələr gedir. O müharibələr həm uzun müddət ərzində gedir və həm də, necə deyərlər, real nəticə ilə nəticələnmir. Bizim qələbəmiz tam idi, mütləq idi, birmənalı idi və vaxtilə “Qarabağ Ermənistandır” deyən adam bu gün deyir: “Qarabağ Azərbaycandır!”.

Sakinlər: Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev: Öz xoşu ilə yox, “dəmir yumruğ”un hesabına.

Sakinlər: Allah Sizi qorusun. Allah balalarınızı saxlasın.

Qadın sakin: Sizi və ailənizi milli bayramımız münasibətilə təbrik edirəm, uzun ömür, cansağlığı, uğurlar arzulayıram.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Gəlin, şəkil çəkdirin Mehriban xanımla. Əvvəlcə burada, evlərin fonunda hamımız şəkil çəkdirək.

Şəkil çəkdirilir.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirik sizi.

Sakinlər: Sağ-salamat, Allah nəvələrinizi qorusun. Sağ olun.

Kişi sakin: Bizi buradan 1991-ci ildə çıxartdılar. Ən axırıncı köçənlərdən olmuşuq.

Prezident İlham Əliyev: Sovet vaxtı hələ. Bəs kim çıxartdı?

Kişi sakin: Ermənilər çıxartdı.

Prezident İlham Əliyev: Bəs sovet ordusu yox idi?

Kişi sakin: Yox, sovet ordusu bizə tərəf durmadı.

Digər kişi sakin: Moskvadan generallar gəlib təbliğat aparırdılar.

Prezident İlham Əliyev: Təbliğat aparırdılar ki, siz çıxasınız buradan.

Kişi sakin: Biz çıxaq, ermənilər möhkəm dursunlar burada. Bizə nə qədər dedilər, atam çıxmırdı, axırda da dedi ki, yox, mümkün deyil. Ona görə köçdük Tərtərə. 30 il də Tərtərdə xalqımıza qoşulub müdafiəyə qalxdıq. Müharibədə olmuşam, yaralanmışam, veteranam. Mən də borcumu yerinə yetirmişəm, gücüm çatan qədər. Amma bizim gücümüz o vaxt çatmazdı. İndi şükür Allaha.

Prezident İlham Əliyev: Bəli, o vaxt gücümüz yox idi, silahımız yox idi. Normal, necə deyərlər, vətənpərvər rəhbərlik yox idi.

Kişi sakin: Yox idi, heç arxamızda duran da yox idi.

Prezident İlham Əliyev: Heç, xalqı başlı-başına buraxmışdılar, hakimiyyət uğrunda, kreslo uğrunda mübarizə gedirdi. Torpaqlar da əldən gedirdi. Şuşanın da düşmənə təhvil verilməsi elə hakimiyyət uğrunda mübarizənin nəticəsi idi. Ondan sonra hakimiyyətə gəldilər. Ondan sonra qalan torpaqları da satdılar. Kəlbəcəri də, o biriləri də.

Kişi sakin: Ordumuz döyüşürdü o vaxt, amma gücümüz çatmadı. Ona görə ki, rəhbərlik olmadı, güc çatmadı. Allahın bu gününə çox şükür, Siz 2020-ci il sentyabrın 27-də əmr verdiniz, müzəffər Ordumuz birinci Suqovuşanı, sonra da bütün Qarabağı azad etdi.

Prezident İlham Əliyev: Bəli. Suqovuşan oktyabrın 3-də azad edilmişdir.

Kişi sakin: Özü də relyefi çox sərtdir buranın.

Prezident İlham Əliyev: Hətta o vaxt, İkinci Qarabağ müharibəsi başa çatandan sonra burada bəzi mövqeləri ermənilər saxlamışdılar. Əgər anbara o tərəfdən baxsanız, sol tərəfdə onların postları var idi. Biz sonra onları oradan məcburən çıxartdıq, çünki oradan çıxmaq istəmirdilər. Çünki oranı götürmək çox çətin idi və çox itkilər hesabına ola bilərdi. Bəlkə də ən ağır istiqamətlərdən biri də Talış-Suqovuşan istiqaməti idi. Burada həm minalar çox idi, həm bunların güclü istehkamları, həm də ki, bu dağlar öz-özlüyündə bir istehkamdır.

Kişi sakin: Bəli, istehkam, çox çətin bir mövqedə idik. Sizin sayənizdə, Sizin “dəmir yumruğ”unuzun sayəsində ermənilər öz paylarını aldılar.

Kişi sakin: Allah canınızı sağ eləsin, bütün planlarınızı həyata keçirəsiniz.

Digər kişi sakin: Mən də Suqovuşan sakini kimi xatirə olaraq bir şeir yazmışam.

Prezident İlham Əliyev: Bəli, de.

Kişi sakin:

Ali Baş Komandan əmr verdi, hücuma keç, Azərbaycan əsgəri,

Müzəffər Ordu pozdu düşmən oyunun bir göz qırpımında,

Kəsdi onun yolun, qurbanın olum, Azərbaycan əsgəri!

44 gündə Zəfər çaldın əbədi, Zəfər bayramını da etdin əbədi,

“Dəmir yumruq”la vurdun mənfur düşməni, qurbanın olum, Azərbaycan əsgəri!

Ayaq səslərinlə qorxutdun düşməni, qorxuya düşüb tərk eylədi Vətəni,

“İtiqovan”la qovdun yağı düşməni, qurbanın olum, Azərbaycan əsgəri!

Çox şəhidlər verdin Suqovuşanda, Füzulidə, Talışda, Şuşada, dastanlar da yazdın Hadrutda,

Zəfər bayrağını ucaltdın Şuşada, qurbanın olum, Azərbaycan əsgəri!

Bunu özüm yazmışam, qəlbdən gələn şeirdir.

Prezident İlham Əliyev: Sağ olun. Suqovuşanın tarixi adını da dərhal qaytardıq və o vaxt, azad olunandan sonra tarixi adını bərpa etdik. O keçmiş adlardan da əsər-əlamət qalmayıb.

Kişi sakin: Burada bir dənə də körpü olmayıb. Bir dənə Qarı körpüsü var, oradan çox təhlükəli keçərdik. Ulu Öndərimiz gəldi, o körpüləri də tikdirdi, suvarma kanallarını çəkdirdi, burada araba yolu olub, asfalt yol olmayıb, onu da çəkdirib. Burada Dəstəgül kəndi var, bir də Təpəkənd var. O kəndlərə heç yol olmamışdı, onu da çəkdirdi, körpüləri də saldırdı. Yəni, Suqovuşan ümumilikdə Heydər Əliyevin bir əsəridir.

Prezident İlham Əliyev: Bəli, elədir. Ədalət indi Zəfər çaldı.

Kişi sakin: 300 ildən bəri heç kim torpaq almayıb. Bir Sizdən başqa. Ona görə Sizi səmimi-qəlbdən təbrik edirik. Suqovuşan əhalisi adından deyirəm, biz Sizi general yox, marşal görmək istəyirik. Sizi bir daha təbrik edirəm, cənab Prezident!

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, bir daha təbrik edirəm, salamat qalın, xoşbəxt yaşayın burada. Sağ olun.

Sakinlər: Sağ olun, çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Salamat qalın.

Qadın sakinlər: Sərkərdəmiz güclüdür, biz həmişə güclü olacağıq. Allah qorusun Sizi, üstümüzdən əskik olmayasınız, səmimi insanlarsınız. Xalq Sizi sevir, həqiqətən də elədir.

Prezident İlham Əliyev: Sağ olun. Rahat yaşayın.

Qadın sakin: Cənab Prezident, Suqovuşana tez-tez gələsiniz, inşallah.

Mehriban xanım Əliyeva: İnşallah.

X X X

Sonra xatirə şəkilləri çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Vens: ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək

Ağdam sakini: Doğma torpaqda yaşamağın sevinci başqadır

Keçmiş məcburi köçkün: Gecə-gündüz Allaha yalvarırdıq ki, bizi doğma torpaqlarımıza qovuşdursun

Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Ağdama köçən şəhid anası: Oğlumun gedə bilmədiyi torpaqlara mən qayıdıram

Almaniyanın 30-dək şəhərində nümayiş və aksiyalar gözlənilir

Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir

Tovuzda yol qəzası baş verib, xəsarət alanlar var

Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

ABŞ Hərbi Hava Qüvvələrinin 10-dan çox nəqliyyat təyyarəsi İsraildəki bazalara uçub

“Bloomberg”: Çexiyalı milyarder “Delfin” holdinqini 30 milyard avroya almaq istəyir

İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib

Husilər Səudiyyə Ərəbistanındakı bir sıra obyektlərə zərbələr endiriblər

WSJ: Tramp İrana mümkün zərbələr barədə məlumatlandırılıb

Fransada iğtişaşlar zamanı 1100-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb

Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurub

Bosniya və Herseqovinada helikopter qəzası baş verib, üç nəfər ölüb

Sumqayıtda avtomobil yanıb

Bakıda yük avtomobili qəza törədib, hərəkət məhdudlaşdırılıb

Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib

Xalçaçı-rəssam: Lətif Kərimovun eskizləri əsasında iki xalça hazırlanıb

Rusiya Avropa ilə müharibə istəmir, lakin hadisələrin bu istiqamətdə inkişafına hazırdır

Britaniyalı müğənni Corc Mayklın gitarası hərracda 180 min funt-sterlinqə satılıb

Parisdə nümayiş marşrutu ilə bağlı yeddi həmkarlar ittifaqı polis prefekturasını məhkəməyə verib

Fransada oktyabrın 31-də keçiriləcək aksiyalar zamanı 70 min polis və jandarm səfərbər olacaq

Mədəniyyət Nazirliyi Xalq artisti Zaur Rzayevin vəfatı ilə əlaqədar başsağlığı verib

® NDU-da orqanik və dayanıqlı kənd təsərrüfatına dair II Respublika Elmi Konfransı təşkil olunub

Böyük Britaniyada 200-dən çox milyarderin vergi ödənişlərinə nəzarət gücləndirilir

Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

Bakıda U-15 dünya çempionatının və festivalının təşkili Rusiyada yüksək qiymətləndirilib

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən və itkin düşmüş şəxslərdən danışıb

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Siyasi şərhçi: Qlobal beynəlxalq nizamın transformasiyası fonunda milli dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Misir Mərdanov: Valideynlər hövsələli olsun VİDEO

Ceyranbatan qəsəbə məktəbində qida zəhərlənməsi faktı təsdiqini tapmayıb – YENİLƏNİB

Beynəlxalq konfransda Şuşa şəhərində işğaldan sonra aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib

Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib

® “PAŞA Real Estate Qrup” və “Marriott International” Daşkənddə “JW Marriott” brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb

Sülh gündəliyi tarixi yaddaşın inkarı üzərində qurula bilməz - ŞƏRH

Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq

Sabah Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz olmayacaq

Azərbaycandan Qırğızıstana ilk yanacaq partiyalarının göndərilməsinə başlanılıb

Dövlət Proqramı çərçivəsində Ağcabədidə şagirdlərlə görüş təşkil olunub

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Mariam Kvrivişvili: Hökumətlərarası Komissiyanın iclasında mühüm əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycanın və Keniyanın prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir

Rejissor Oqtay Babazadənin 85 illiyinə həsr olunmuş kitab təqdim edilib

Türk professor: Azərbaycanın beynəlxalq platformalarda fəallığı xarici siyasətin yeni mərhələsini müəyyən edə bilər

Estoniyalı forum iştirakçısı: Din haqqında məlumat axtararkən süni intellektdən ehtiyatla istifadə etmək vacibdir

Narkomaniya ilə mübarizədə ailənin rolu: Ağcabədidə valideynlər üçün maarifləndirici tədbir

Somali turizm sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinin öyrənilməsində maraqlıdır

Taksi sürücüləri üçün imtahanın vaxtı və qeydiyyat qaydaları açıqlanıb

Bolqarıstanda arxeoloji qazıntılar zamanı tarixi bina tapılıb

ADPU-da Azərbaycan-Macarıstan ədəbi əlaqələrinə həsr olunmuş elmi seminar təşkil edilib

Antarktida buzlarının əriməsi okean sistemində dəyişikliklərə səbəb olur – TƏDQİQAT

Tərtərdə Milli Qəhrəmana həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filmi nümayiş olunub

Azərbaycan və Türkiyəni birləşdirən əsas güc ortaq dəyərlər və tarixi dostluq əlaqələridir - ŞƏRH

AMEA Gənclər Akademiyasının fəaliyyəti Çində beynəlxalq auditoriyaya təqdim olunub

Edinburq Universitetində təhsil alan Dövlət Proqramı təqaüdçüləri ilə görüş olub

Fransa Makronun avtoritar siyasətinin girovuna çevrilib: Xalqın qəzəbi və Avropanın ikili standartları - ŞƏRH

Azərbaycanın İslam ölkələri ilə münasibətləri qarşılıqlı hörmət və həmrəyliyə əsaslanır - ŞƏRH

Bizə məsləhət verməyə çalışanlar siyasi etikanın ən sadə tələblərinə əməl etsinlər - ŞƏRH

“Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Aİ iqlim maliyyələşməsinə 2025-ci ildə 32 milyard avrodan çox vəsait ayırıb

İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb

Mikelancelo Pistoletto “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: Əbədiyyət güzgüsü və yeni incəsənət- MÜSAHİBƏ

Deputat: Bu gün orta güc dövləti kimi tanınan Azərbaycan hər cür xarici müdaxiləyə qarşı dayanıqlıdır

Avropanın rəqəmsal asılılığı artır, Çexiya Aİ ölkələrinin əksəriyyətindən yaxşı nəticə göstərir

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Rəqəmsal asılılığın təhsilə təsiri VİDEO

Milli Məclisdə maraqlar toqquşması haqqında qanun layihəsi müzakirə olunub

Tələbə klubları və elmi cəmiyyətlər gənclərin potensialını necə üzə çıxarır?

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

İƏT platforması Azərbaycan üçün mühüm siyasi-diplomatik dayaq olub - ŞƏRH

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb VİDEO

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var