Xocalı sakini: Şəhidlərimizin qanı tökülən torpaqlara gül-çiçək əkəcəyik VİDEO
Xocalı, 14 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Şəhidlərimizin qanı tökülən torpaqlara gül-çiçək əkəcəyik.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xocalının Təzəbinə kəndində köç edən keçmiş məcburi köçkün Vidadi Fərəcov deyib.
"1992-ci ildən yurdumuzdan məcburi köçkün düşüb, Sabunçu rayonunun Pirşağı qəsəbəsində məskunlaşmışdıq. Bu günü çox gözləyirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Onların sayəsində arzularımıza çatdıq, doğma torpaqlara qayıtdıq", - deyə o bildirib.