Naxçıvanda dumanlı hava yollarda hərəkəti çətinləşdirir VİDEO
Naxçıvan, 9 dekabr, AZƏRTAC
Dekabrın 8-i axşam saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikasının bir sıra ərazilərində qatı duman müşahidə olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dumanlı hava şəraiti bu gün səhər saatlarında da davam edir.
Mövcud vəziyyət yollarda görmə məsafəsini məhdudlaşdırdığından avtomobil və piyadaların hərəkətində çətinlik yaranır.