Qazaxıstanın ölkəmizdəki səfirinin Azərbaycan xalqına Novruz təbriki VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan Dövlət İnformasiya Agentliyi vasitəsilə xalqımızı Novruz bayramı münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, diplomat Novruz bayramı və Ramazan ayının Türk dünyası üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
“Qardaş Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı və Ramazan ayının başa çatması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu iki bayram təkcə Azərbaycan və Qazax xalqları üçün deyil, ümumilikdə bütün Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır. Buna görə də yenilənmənin, xeyirxahlığın, birliyin və bərəkətin carçısı sayılan Novruz bayramınız mübarək olsun. Azərbaycan və Qazax xalqlarını və ümumiyyətlə bütün Türk dünyasını qarşıdan gələn hər iki bayram münasibətilə ürəkdən təbrik edir, dünyamıza sülh və əmin-amanlıq arzulayıram”, - deyə səfir Alim Bayel təbrik mesajını yekunlaşdırıb.