Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər VİDEO
İstanbul, 8 iyun, AZƏRTAC
İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirlər bu gün keçiriləcək Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən əvvəl bir araya gəliblər.
Üçtərəfli toplantıdan sonra nazirlərin mətbuata açıqlama vermələri nəzərdə tutulur.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul