Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO
Naxçıvan, 9 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, muxtar respublikanın bəzi dağlıq və dağətəyi zonalarında yağıntı müşahidə olunur.
Şahbuz rayonunun Kükü kəndinə isə dolu düşüb. Dolunun diametri 1 santimetr təşkil edib.
Müxbir- Nail Əsgərov