Cəbrayıl sakini: İnanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
Doğma yurda qayıtmaq bizim üçün misilsiz sevincdir. Bu hissləri sözlə ifadə etmək çox çətindir. Uşaqlığımızın ən gözəl illəri məcburi köçkünlük şəraitində keçdi. Buna baxmayaraq, heç vaxt ümidimizi üzmədik. Həmişə inanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Mürvət Əliyev deyib.
Ən böyük arzusunun doğma torpaqda yenidən yaşamaq, həyat qurmaq və inkişafa töhfə vermək olduğunu deyən M.Əliyev belə bir şəraitə görə Prezident İlham Əliyevə təşəkkür edib, qazilərimizə cansağlığı, şəhidlərimizə rəhmət diləyib.
Fotoqraf – Nicat Haşımov
Videooperator – Namiq Abdullayev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.07.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 06.07.2026 [11:42]
Bu gün Ümumdünya Kardioloq Günüdür
- 06.07.2026 [10:47]
Son iki gündə 81 cinayətin açılması təmin olunub
- 06.07.2026 [10:34]