Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub - YENİLƏNİB VİDEO
Paris, 10 iyul, AZƏRTAC
Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası Parisdə təşkil olunan Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, yığmamız finalda ABŞ seçməsini 3:2 hesabı ilə məğlub edərək, ilk dəfə təşkil olunan yarışın qızıl medallarını qazanıb.
Qeyd edək ki, futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku Xüsusi Olimpiya Hərəkatının təşkil etdiyi, əqli məhdudiyyətli və əqli məhdudiyyəti olmayan idmançıların eyni komandada mübarizə apardığı beynəlxalq turnirdir. Qadınların mübarizəsində 12 milli komanda qüvvəsini sınayıb.
Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku əqli məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını gücləndirməyi, inklüziv idmanın inkişafını, futbol vasitəsilə bərabərlik və həmrəyliyi təşviq etməyi hədəfləyir.
12:41
Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası Parisdə təşkil olunan Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunda finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, yığmamız yarımfinalda Kot d`İvuar kollektivinə 6:0 hesabı ilə qalib gəlib. Komandamızın finaldakı rəqibi ABŞ seçməsi olacaq. Həlledici qarşılaşma bu gün keçiriləcək.
Qeyd edək ki, futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku Xüsusi Olimpiya Hərəkatının təşkil etdiyi, əqli məhdudiyyətli və əqli məhdudiyyəti olmayan idmançıların eyni komandada mübarizə apardığı beynəlxalq turnirdir. Yarış ilk dəfə bu il Parisdə keçirilir. Qadınların mübarizəsində 12 milli komanda qüvvəsini sınayır.
Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku əqli məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını gücləndirməyi, inklüziv idmanın inkişafını, futbol vasitəsilə bərabərlik və həmrəyliyi təşviq etməyi hədəfləyir.