Sərxan Əliyev: Döyüş boyu yorğunluq hiss etmədim VİDEO
Bakı, 10 iyul, AZƏRTAC
Doğma azarkeşlər qarşısında döyüşmək mənə əlavə motivasiya verdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan boksçusu Sərxan Əliyev (70 kiloqram) Bakıda keçirilən IBA Çempionlar Gecəsində qazaxıstanlı Nurtas Ajbenovu məğlub etdikdən sonra deyib.
O, rəqibinin yüksəksəviyyəli peşəkar boksçu olduğunu bildirib: “Peşəkar və həvəskar boks arasında ciddi fərqlər var. Peşəkar döyüşlər daha çox dözüm tələb edir. Baş məşqçimiz və məşqçilər korpusu ilə bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Özümü əla hiss edirdim və lazım gəlsəydi, daha bir neçə raund da döyüşə bilərdim. Yorğunluq hiss etmədim. Qələbə qazandığım üçün çox sevinirəm və bu yarışın təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”.