Filmlərin Azərbaycan dilinə dublyajının kamera arxası – REPORTAJ VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
Dublyaj yalnız aktyor və səs rejissorlarının fəaliyyəti ilə məhdudlaşmır, bu, həm də tərcüməçilərdən redaktorlaradək böyük heyətin birgə əməyinin bəhrəsidir. Onlar filmin orijinal mətnini Azərbaycan dilinə uyğunlaşdıraraq ekran əsərini tamaşaçıya tam və rahat şəkildə çatdırırlar.
AZƏRTAC-ın AzTV-nin Dublyaj redaksiyasından hazırladığı reportajda səs rejissorlarının pult arxasında müasir avadanlıqlarla işləməsi, dublyaj aktyorlarının mikrofona yaxınlaşaraq rolları böyük emosiya və sinxronluqla ifa etməsi, eləcə də yaradıcı heyətin birgə mətn müzakirələri əksini tapıb. Tam kadr arxası komanda işinin nəticəsi olan bu proses, xarici ekran əsərlərinin doğma dilimizdə tamaşaçıya keyfiyyətlə çatdırılmasını təmin edir.
Reportajı təqdim edirik.