Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Vurğunun qızı: Uşaqlıq illərimin ən isti xatirələri atamla bağlıdır

Səməd Vurğunun qızı: Uşaqlıq illərimin ən isti xatirələri atamla bağlıdır

AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir

Bakı, 15 sentyabr, AZƏRTAC

Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.

AZƏRTAC silsilənin növbəti yazısında Azərbaycan Xalq şairinin qızı Aybəniz Vurğunqızının xatirələrinin davamını oxuculara təqdim edir. O, atası ilə birlikdə bağ evində keçirdiyi xoşbəxt günlərdən, onun əməyə sevgisindən və görkəmli cərrah Mustafa bəy Topçubaşovla dostluğundan danışır.

“Yazda bağa köçərdik. Atam yük maşını gətizdirər, ev ləvazimatı, yorğan-döşək maşına yüklənərdi. Biz, üç uşaq bu maşınla gedərdik. Sevincimizin həddi-hüdudu olmazdı. Nənəm (anamın anası), atam və anam minik maşınında arxamızca gələrdilər. Yolda onların maşını bizi ötəndə atam əl eləyər, işarə ilə dinc oturmağımızı tapşırardı.

Bağa çatan kimi özü quyudan su çəkib, evə daşıyardı, bizi də özünə “köməkçi” edərdi, balaca qablarda su daşıyardıq. Axşamlar samovarın ətrafında oturub uzun-uzadı söhbət edərdik. Bağ günlərimiz belə şən keçərdi. Sonra atamla anam şəhərə gedər, bir də, adətən şənbə günləri bağa gələrdilər. Biz – uşaqlar nənəmizlə bağda qalardıq.

Atam bağda olanda onu doyunca görərdik. Bizimlə tez-tez zarafat eləyərdi. Bağımızdakı birmərtəbəli evin uzun bir şüşəbəndi vardı. O vaxt şüşəbəndin yuxarı hissəsində böyük bir stol qoyulmuşdu. Atam həmişə stolun baş tərəfində oturardı. Bir dəfə, nahar zamanı o, boşqabından ən yaxşı sümüklü ət parçasını götürüb həyətə tərəf getmək istəyəndə: “– Ata, onu mənə ver”, dedim.

O isə: “Yox, bu Reksin payıdır”, – dedi. Mən pərt oldum: – “Eh sən bu iti bizdən çox istəyirsən”, – deyəndə o ciddi bir görkəm aldı: “– Yox, hamınızı bir istəyirəm”, – dedi.

Hamı gülüşdü. Bu əhvalat o vaxtlar evimizdə və bağda baş verən başqa məzəli əhvalatlar kimi tez-tez atamın yadına düşərdi...

Atam həyətdə böyük həvəslə işlər, bağbanla birgə kartof, soğan pomidor, badımcan əkər, onları suvarar, məhsulu toplayardı. Bizə qonaq gələn qohum və dostlarına zəhmətinin bəhrəsini göstərib sevinər, hamıya pay verərdi. Atamın “bağbanlıq” fəaliyyətinə hamıdan çox Mustafa bəy Topçubaşov (M.Topçubaşov və S.Vurğun o zaman Azərbaycan SSR EA-nın vitse-prezidenti idilər) qiymət verirdi:

– Səməd, sənin istedadın bu sahədə də özünü göstərir. Mən ömrümdə belə ləzzətli kartof yeməmişəm.

Atamın vəfatından sonra biz Mustafa bəygilə tez-tez gedərdik. O, öz əziz dostunu ürək ağrısı ilə yad edər, onun sadəliyindən, qeyri-adi bir şəxsiyyət olmasından danışardı. Bir dəfə Mustafa bəy dedi:

– Ay qızım, mən indi də başa düşmürəm, bu dəhşətli xəstəlik Səmədi necə tapdı. Axı, o, fiziki cəhətdən çox sağlam idi. Yalnız sol ayağına qan pis işləyirdi, o da, adətən, papiros çəkən adamlarda olur. Dönə-dönə tapşırmışdım ki, papirosu atsın. Hətta bir neçə ildən sonra onu ayaqsız qalacağı ilə qorxutmuşdum. Bir gün o, mənə zəng edib sevinclə dedi:

– Mustafa bəy, deyəsən, mən bu papirosu tərgidə bilməyəcəyəm. İndi 50-yə yaxın yaşım var. Bu vaxtacan iki ayaqla yaşamışam, sən deyən olsa, on beş-iyirmi il də birayaqlı yaşaram. Bu da bəsimdi... Təki şeirimizi yaza bilək. Sən də daha bu barədə fikir eləmə...

Mustafa bəy bunları danışdıqca mən atamın ağrılı günlərini xatırlayırdım. Axşamlar yerinə uzananda ya məni, ya Vaqifi çağırırdı ki, onun ayağına baxaq. Qanın pis işləməsindən elə hey gileylənirdi, söz verirdi ki, daha papiros çəkməyəcək, amma səhərisi yenə çəkirdi.

Yeri gəlmişkən, deyim ki, Mustafa bəy atamdan sonra da bizim ailəmizə, hətta balaca nəvələrə də ürəkdən qayğı göstərər, hörmət edərdi. Ondan həmişə mehribanlıq görər, evə ümidlə qayıdardıq.

Mustafa bəy Topçubaşov və onun ömür-gün yoldaşı Reyhan xanım, doğrudan da, dünyadan köçmüş bir çox dostlarının övladları üçün sözün həqiqi mənasında mənəvi ata və ana olmuşlar”.

Ardı var... 

Müxbir – Günel Alıyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək

Samir Səlimli: 2016–2021-ci illərdə "Azərkimya"da icra edilən layihə məhsuldarlığı artırıb

Yurdagül Aydoğan: Təhsil Türkiyə-Azərbaycan əlaqələrinin ən strateji nöqtəsidir

Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir olub

IV Avropa Oyunları: Azərbaycan gimnastları lisenziya qazanmağa davam edirlər

Balazs Hendrich: TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub

Borçalının ziyalı qadını – Esmira Ələkbərlinin məktəb, dil və milli yaddaş uğrunda fəaliyyəti

“Naxçıvan” legioner basketbolçu ilə yeni müqavilə imzalayıb

BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub

Hesablama Palatası: Auditorlar Palatasının 30 illik fəaliyyəti audit işinin formalaşmasında xüsusi əhəmiyyət daşıyıb

200 milyon kilovat-saat enerji, təbii qaza qənaət və daha az karbon – “Qobustan” GES-in göstəriciləri açıqlandı

ABŞ-nin sanksiyalarına məruz qalan İran aviaşirkətlərinin Gürcüstana uçuşları sentyabrın 21-dən dayandırılacaq

2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

Deputat: Hər bir dövlət özünün müstəqil audit sistemini qurmalıdır

Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin baş məşqçisi təyin olunub

"Azərikimya": Etilen-Polietilen zavodunda növbəti əsaslı təmir 2027-ci ilin ikinci rübündə planlaşdırılır

Britaniya Kanadanın təşəbbüsü ilə yaradılan qlobal müdafiə bankına qoşula bilər

İsa Həbibbəyli: Auditorlar Palatası bazar iqtisadiyyatına əsaslanan yeni cəmiyyət quruculuğunun tənzimlənməsinə mühüm töhfələr verib

® “Veysəloğlu” Acarıstanda: yeni tərəfdaşlıqlar və investisiya imkanları gündəmdə

Gürcüstan Parlamenti Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbərin təyinatını təsdiqləyib

Nazir müavini: Türkiyə-Azərbaycan Universiteti ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət daşıyır

“AzərEnerji” “TotalEnergies” ilə Azərbaycanda yeni tikiləcək Qaz Emalı Zavodunun elektrik şəbəkəsinə qoşulmasını müzakirə edib

Ramazan Erdağ: Rəqəmsallaşma Orta Dəhlizin səmərəliliyinin artırılmasında xüsusi rol oynayır

Fərid Şəfiyev: Orta Dəhliz hər hansı marşrutu əvəz etmir

Azərbaycanın yaratdığı yeni reallıq konkret nəticələrlə nümayiş olunur ŞƏRH

“Balaca səyyah” oktyabrda tamaşaçıların görüşünə gələcək

Göyçayda aqrar sektorun inkişafı ilə bağlı tədbirlər müzakirə olunub

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilir

ATMU-nun beynəlxalq ikili diplom proqramına yeni bakalavr qrupu seçilib

Fransada yanacaq bahalaşması narazılığı artırır

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sənətşünas: Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində əvəzsiz məktəb formalaşdırıb

Bakıda Orta Dəhlizin regional inteqrasiyadakı rolu müzakirə olunur

“Bolonya” Domeniko Tedesko ilə vidalaşdığını açıqlayıb

Hakimlər Komitəsinin sədri: “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında penalti qərarı səhv olub

Sahibkarlara metroloji təminatın biznesin inkişafında rolu barədə məlumat verilib

“Azərikimya”nın builki istehsal gücünün 85 faizi ötəcəyi proqnozlaşdırılır

Əziz Səncər: Türk dünyası böyük insan potensialına və istedadlı gənclərə malikdir

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın dəmir yolu sisteminin inkişafı barədə məlumatlandırılıblar

Nicat İsmayılov: Dövlətimizin başçısı dini liderlərlə görüşdə Azərbaycanın gələcəyə dair strateji baxışını açıqladı

Budəfəki hərracda 13 avtomobil, 1 gəmi satılıb

® “AccessBank” QSC Cyberark PAM tenderi elan edir

İcraçı direktor: Türk dünyasının böyük potensialını hərəkətə keçirmək lazımdır VİDEO

İcraçı direktor: Türk dünyasının böyük potensialını hərəkətə keçirmək lazımdır VİDEO

Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs həbs olunub

Harvard Universitetinin müəllimi: Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq hüququnu dəstəkləyirik

Qafqaz İslam Ordusunun komandanı İstanbulda yad edilib

Baş katib: TDT çərçivəsində müxtəlif mexanizm və platformalar vasitəsilə əməkdaşlıq həyata keçirilir VİDEO

Baş katib: TDT çərçivəsində müxtəlif mexanizm və platformalar vasitəsilə əməkdaşlıq həyata keçirilir VİDEO

Sədr: Auditin süni intellekt texnologiyalarından istifadə etməklə keçirilməsi istiqamətində işlər aparılır

Azərbaycanın sülh və həmrəylik çağırışı - ŞƏRH

Rektor: Türkiyə-Azərbaycan Universiteti elm və texnologiya mərkəzinə çevriləcək

Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

“Corriere dello Sport”un baş redaktoru: “Sabah”ın Avropadakı uğuru ölkədə idmana göstərilən diqqətin nəticəsidir –  EKSKLÜZİV VİDEO

“Corriere dello Sport”un baş redaktoru: “Sabah”ın Avropadakı uğuru ölkədə idmana göstərilən diqqətin nəticəsidir – EKSKLÜZİV VİDEO

Bu saata olan əsas xəbərlər

AK Parti sədrinin müavini: Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının qardaşlığını daha da inkişaf etdirəcəyik

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Hakan Fidan TÜRKPA-nın fəaliyyətinə dəstək ifadə edib

Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır VİDEO

Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır VİDEO

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Nuriddin Xoliknazar: Özbəkistan və Azərbaycan xalqları əbədi dostdur

Taksi sürücüləri sabah imtahan verəcəklər

Ermənistanda hələ də xəstə və revanşist təfəkkürlə yaşayanlar var – RƏY

Elm və təhsil nazirinin Yardımlıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Azərbaycanın stolüstü tennisçiləri Belçikanın açıq çempionatında mübarizə aparacaqlar

Azərbaycan Respublikası Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına

Bilal Dündar: Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm geosiyasi körpüdür

Emin Hüseynov: Dağıdılmış məscidin bərpası həm də tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

46-cı Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmalarının rəqibləri və heyəti açıqlanıb

Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

“OpenAI”, “Anthropic” və “Google” süni intellekt risklərinə nəzarət üçün yeni qurum yaradır

Bu ilin səkkiz ayında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

"Sənət inciləri" layihəsi yenidən Üzeyir Hacıbəyli festivalı çərçivəsində təqdim olunacaq

TESAM rəhbəri: Azərbaycanın dünya ticarətindəki əhəmiyyəti qat-qat artır VİDEO

TESAM rəhbəri: Azərbaycanın dünya ticarətindəki əhəmiyyəti qat-qat artır VİDEO

QMİ sədri: İşğal dövründə Qarabağda yerləşən 67-dən çox məscid, məbəd dağıdılıb

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət alıb

Kamerasız ağıllı eynək təqdim ediləcək

AK Parti sədrinin müavini: Orta Dəhliz üzrə daşınan yüklərin həcmi qarşıdakı dövrdə üç dəfəyə qədər arta bilər

Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri yeni reallığın beynəlxalq ictimaiyyətə birbaşa nümayişidir - ŞƏRH

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Azərbaycan Dillər Universitetində “ADU Radio” fəaliyyətə başlayıb

YAP Səbail rayon təşkilatının XII konfransı keçirilib

Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə Fəxri xiyaban ziyarət olunub

“Mən gedirəm, şair, yaşa…”: Üzeyir Hacıbəyli və Səməd Vurğun dostluğu haqqında xatirələr

Qəzzada binanın çökməsi nəticəsində 8 nəfər ölüb

Kubanıçbek Ömüralıyev: İqtisadi potensialımızı dayanıqlı inkişafa çevirmək əsas məqsədimizdir VİDEO

Kubanıçbek Ömüralıyev: İqtisadi potensialımızı dayanıqlı inkişafa çevirmək əsas məqsədimizdir VİDEO

UEFA Avropa Liqası: Əsas mərhələyə bu gün start verilir

Vüsal Qasımlı: Türk dünyasında ortaq sərhədi olan ölkələr arasında ticarət 1,55 faiz daha yüksəkdir

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 103 gəminin istiqamətini dəyişdiriblər

Matild Pano: Nə olursa-olsun hökuməti senzuradan keçirəcəyik

Deputat: Bu gün türk xalqlarının əməldə, fikirdə birliyi formalaşıb

Amerikalı basketbolçu: “Neftçi”yə gəlmək karyeram üçün əla seçim oldu - MÜSAHİBƏ

Baş katib: 180 milyonluq əhali bizim iqtisadi potensialımızın miqyasını göstərir

Vüsal Qasımlı: Türk dünyasında iqtisadi inteqrasiya dərinləşir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

AQTA heyvan kəsimi məntəqələrində sağlamlaşdırma işləri aparır

® “Ziraat Bank Azərbaycan” çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!

İğdırda Azərbaycan–Türkiyə beynəlxalq arxeoloji ekspedisiyasının üçüncü tədqiqat mövsümü başa çatıb