Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
Qəbələ, 8 oktyabr, AZƏRTAC
İlk dəfədir Azərbaycanda təşkil edilən ultramarafonda iştirak edirəm. Hər şey yüksək səviyyədədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunda ilk mərhələnin qalibi olan gürcüstanlı atlet David Xarazişvili jurnalistlərə açıqlamasında deyib.
"Hava da qaçış üçün çox əlverişlidir. Qarşıdakı günlərdə bizi daha 3 mərhələ gözləyir. Bəlkə də həmin mərhələlərin də qalibi mən olacağam. Bu qaçışın təşkilinə görə hər birinizə təşəkkürümü bildirirəm", - deyə idmançı vurğulayıb.
Bundan sonra Ağdaş–Bərdə (65 kilometr), Bərdə–Ağdam (44 kilometr) və Ağdam–Xankəndi (28 kilometr) mərhələləri olacaq.
Müxbir - Cavid Əliyev
Videoqraf - Şövqi Əzizov