Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan “44” bədii filmi ictimaiyyətə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Təqdimatdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında “44” filminin saundtrekini dinləyiblər. Musiqinin yaratdığı təsirli ovqat ekranda Azərbaycan xalqının Zəfərə aparan yolunu əks etdirən sənədli xronika ilə müşayiət olunub. Xronikada Azərbaycanın ərazi bütövlüyü uğrundakı mübarizə dövrü, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın azad olunmasına yönəlik siyasəti, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsinə dair videomateriallar təqdim edilib.

“44” bədii filminin çəkiliş prosesi barədə statistik məlumatları əks etdirən videoçarx göstərildikdən sonra ekran əsəri nümayiş olunub.

Film bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır. Ekran əsərində əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq, filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir. “44” sadəcə müharibə haqqında film deyil. Bu ekran əsəri qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir. “44” filmi Müzəffər Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycanda son illərin ən böyük kinematoqrafik layihələrindəndir.

Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli, Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov, İsmayıl İman, prodüseri Orman Əliyev, quruluşçu operator Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru Teymur Kərimovdur.

Ekran əsəri ssenarinin işlənməsindən postprodakşn mərhələsinədək 5 il ərzində ərsəyə gəlib. Belə ki, bədii ssenari və rejissor ssenarisinin yazılması 2 il, çəkilişlərə hazırlıq işlərinə 1 il, çəkilişlər 14 ay, postprodakşn işləri isə 1 il davam edib. Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub. Hərbçilər, kütləvi səhnələrin iştirakçıları, epizodik rolları canlandıran aktyorlar, cəlb olunan mütəxəssislər nəzərə alındıqda isə layihə iştirakçılarının sayı bir neçə min nəfərə çatıb. Layihəyə müxtəlif istiqamətlər üzrə 198 mütəxəssis dəvət olunub. Filmin çəkilişlərində 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü, əsas rollarda 32 aktyor, epizodik rollarda 1143 aktyor, həmçinin kütləvi səhnələri canlandıran 2000-dək heyət iştirak edib. Aktyorlar sırasında, eyni zamanda Vətən müharibəsi iştirakçıları var.

Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib. Filmdə Ordumuzun bütün qoşun və qüvvə növləri iştirak edib.

Ekran əsərinin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb. Ümumilikdə isə çəkilişlər 130-dan çox məkanı əhatə edib.

Filmin istehsalında 150-dən çox hərbi texnika, aviasiya, avtomobil, silah və xüsusi təyinatlı avadanlıqlardan istifadə olunub. Çəkilişlərə tanklar, piyadaların döyüş maşınları, reaktiv yaylım atəş sistemləri, artilleriya sistemləri, döyüş helikopterləri, pilotsuz uçuş aparatları, mühəndis texnikası və zirehli avtomobillər, həmçinin atıcı silahlar, pulemyotlar, snayper tüfəngləri, qumbaraatanlar, tankəleyhinə raket kompleksləri və minaatanlar cəlb edilib. Genişmiqyaslı döyüş səhnələrinin real canlandırılması üçün müxtəlif növ 300 min təlim və döyüş patronu, yüzlərlə təlim sursatı, eləcə də xeyli miqdarda pirotexnika, tüstü effektləri, partlayıcı maddələr və xüsusi kaskadyor avadanlıqlarından istifadə olunub.

112 saatlıq çəkiliş materiallarının montajı 1 il davam edib və nəticədə 2 saat 38 dəqiqəlik film ərsəyə gəlib.

Layihənin reallaşmasına müxtəlif mərhələlərdə beynəlxalq mütəxəssislər də cəlb olunub. Kaskadyorluq, trük səhnələrinin quruluşu, pirotexniki effektlər, çəkiliş meydançasında səs yazılışı, operator dəstəyi, qrim işləri, musiqinin yazılışı, səs miksi, səs dizaynı, kompüter qrafikasının yaradılması, rəng korreksiyası və görüntünün yekun emalı, eləcə də premyera nümayişi üçün texniki avadanlıqların təchizatı 13 ölkədən - ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniyadan olan mütəxəssislər tərəfindən həyata keçirilib. Filmin kompüter qrafikası işləri ukraynalı mütəxəssislərlə birgə Estoniyanın 3D qrafika, kompüter animasiyası və vizual effektlər üzrə ixtisaslaşmış “UMP” studiyasında aparılıb və heç bir süni intellekt məhsulundan istifadə olunmayıb.

Filmin postprodakşn mərhələsi, rəng korreksiyası, rəqəmsal görüntü emalı və masterinq işləri Polşanın bu sahədə ixtisaslaşmış “Dolby Vision” sertifikatlı “FixaFilm” studiyasında reallaşıb.

Ekran əsərinin istehsalı zamanı əlçatanlığın təmin olunmasına xüsusi diqqət yetirilib və müasir texnologiyaların tətbiqi ilə görmə imkanları məhdud tamaşaçılar üçün filmin tifloşərhli versiyası hazırlanıb.

Filmin premyerası üçün Almaniya-Avstriya birgə şirkəti olan “Lang AG”dən müasir ixtisaslaşmış proyeksiya ekranı alınıb, Almaniyanın “BIG cinema” şirkətindən isə DCP formatında filmlərin nümayişini dəstəkləyən sistemi olan müasir texnologiyalı kinoproyektor icarəyə götürülüb. Bu texnologiya belə miqyasda bədii filmin yüksək keyfiyyətdə nümayişi üçün Azərbaycanda ilk dəfə istifadə olunub. Nümayiş zamanı, həmçinin yüksək səs keyfiyyəti yaradan müasir sistemlər tətbiq edilib.

Ekran əsərinin premyerası münasibətilə çəkiliş prosesini, arxiv materiallarını, yaradıcı komandanın işini əks etdirən fotolar və məlumatlardan ibarət nəşr, eləcə də məhdud sayda xatirə hədiyyə dəstləri hazırlanıb.

Filmin təqdimatından sonra şəhid ailələri, İkinci Qarabağ müharibəsinin iştirakçıları, həmçinin yaradıcı və texniki heyət səhnəyə dəvət olunub, çıxış ediblər.

“44” bədii filminin beynəlxalq səviyyədə tanıdılması məqsədilə gələcəkdə xarici ölkələrdə nümayişi, eləcə də kinofestivallarda iştirakı nəzərdə tutulur.

Film oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayiş olunacaq.

Müxbirlər - Fidan Əlizadə, Gülay Nəzərova
Fotoqraf - Azər İbrahimov, Nicat Haşımov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib