MƏDƏNİYYƏT


Məktəblilər Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olmuşlar

Bakı, 14 dekabr (AZƏRTAC). F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kollektivi və 53 nömrəli tam orta məktəbin şagirdləri Yasamal Rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşdur.

AZƏRTAC xəbər verir ki, məktəblilər mərkəzin “Muzey” bölməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, daxili və xarici siyasət sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən eksponatlarla tanış olmuşlar. Həmçinin onlara mərkəzin kitabxanasında toplanmış kitablar və çap materialları haqqında məlumat verilmişdir.

Sonda Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.