MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanasında “Ədəbi ömrə bir nəzər” mövzusunda tədbir keçiriləcəkdir

Bakı, 23 dekabr (AZƏRTAC). Dekabrın 24-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında şair Qəşəm İsabəylinin anadan olmasının 65 illik yubileyinə həsr edilmiş “Ədəbi ömrə bir nəzər” mövzusunda tədbir keçiriləcəkdir.

Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, mərasimdə tanınmış qələm sahibinin yaxınları, uşaq yazıçı və şairləri, Bakının 144, 189 nömrəli məktəblərinin şagirdləri iştirak edəcəklər.

Qəşəm İsabəylinin həyat və yaradıcılığından söhbət açılacaq, onun 65 illiyinə həsr olunmuş slaydlar nümayiş etdiriləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.