Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

TUĞ KƏND MƏKTƏBİNİN 125 YAŞI QEYD OLUNMUŞDUR

Beyləqan, 23 aprel (AZƏRTAC). Xocavənd rayonu Tuğ kənd məktəbinin 125 yaşı tamam olur.

Əlamətdar hadisə münasibətilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsinin mədəniyyət evində təntənəli yubiley tədbiri keçirilmişdir.

Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin deputatları Elman Məmmədov və Həvva Məmmədova, təhsil nazirinin müavini İsgəndər İsgəndərov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” ictimai birliyinin rəhbəri Bayram Səfərov, Cəbrayıl, Zəngilan, Füzuli, Beyləqan, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı rayonları icra hakimiyyətlərinin başçıları, idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin məzunları iştirak etmişlər.

Səhər tezdən qonaqlar və məktəbin pedaqoji kollektivi Beyləqan şəhərində Heydər Əliyevin adına parkda ümummilli liderin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər qoymuş, mədəniyyət sarayının qarşısında Xocavəndin mənzərələri, Tuğ kənd orta məktəbinin tarixi, keçdiyi yol və məzunlarından bəhs edən fotostendə baxmışlar.

Azərbaycanın dövlət himni səsləndirilmiş, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, məktəbin 125 illik tarixindən və şərəfli yolundan bəhs edən “Haradan başlanır Vətən” filmi nümayiş etdirilmişdir. Filmdə qocaman təhsil ocağının yaranması, fəaliyyəti, müəllimləri, məzunlarından bəhs edən sənədli kadrlar göstərilmişdir.

Əsası 1885-ci ildə Azərbaycanın görkəmli şairi Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi ziyalılar müəllimlik etmişlər. Fəaliyyət göstərdiyi 125 il ərzində Tuğ məktəbi ölkəyə yüzlərlə alim, dövlət məmuru, hərbçi, təhsil, mədəniyyət və incəsənət işçiləri bəxş etmişdir. Təhsil ocağının 10 məzunu elmlər doktoru, 15 məzunu elmlər namizədi, 11 məzunu yüksək rütbəli hərbçi, 4 məzunu hüquqşünasdır. Məktəbin görkəmli məzunlarından biri Azərbaycan Xalq Cümhuriyyətinin dəmir yol, poçt və teleqraf naziri, parlamentin üzvü olmuş, sonrakı illərdə ali məktəblərdə pedaqoj fəaliyyətlə məşğul olmuş texnika elmləri doktoru Xudadat bəy Məlikaslanovdur.

Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov çoxsaylı qonaqları salamlamış, məktəbin kollektivini yubiley münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin bölgələrdə təhsilin inkişafında böyük xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, ulu öndərin imzaladığı Sərəncama əsasən 1975-1978-ci illər ərzində Tuğ kəndində 640 yerlik ikimərtəbəli müasir tipli məktəb binasının inşa edilməsi, bu təhsil müəssisəsində hər cür avadanlıqla təmin olunmuş 4 fənn laboratoriyasının,, maşınşünaslıq kabinetinin, zəngin kitabxananın təşkili və digər tədbirlər məktəbə yeni həyat vermişdir. 1991-ci il oktyabrın 30-da Tuğ kənd orta məktəbi ermənilər tərəfindən yandırılmışdır. Müharibə zamanı məktəbin bir çox məzunu könüllü olaraq cəbhəyə getmiş, onların 9 nəfəri Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Hazırda köçkünlük həyatı yaşayan Tuğ kənd orta məktəbi Beyləqan rayonu ərazisində salınmış “Yeni Tuğ” qəsəbəsində fəaliyyət göstərir. Məktəbdə təhsil alan 105 şagirdin təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur.

E.Hüseynov ölkə Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində gördüyü işlərdən, xocavəndlilərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, bütün xocavəndlilər tezliklə tarixi yurdlarına - Xocavəndə qayıdacaqlarına, Tuğ orta məktəbinin də fəaliyyətini doğma Tuğ kəndində davam etdirəcəyinə əmindirlər.

Əli Həsənov çıxışında dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair irimiqyaslı layihələrin həyata keçirilməsindən danışmışdır. Ə.Həsənov məktəbin kollektivini yubiley münasibətilə təbrik edərək əmin olduğunu bildirmişdir ki, Azərbaycan Prezidentinin uğurlu siyasəti sayəsində Qarabağ problemi tezliklə həll ediləcəkdir.

Sonra Tuğ kənd məktəbinin bir müəlliminin “Tərəqqi” medalına, bir müəlliminin isə “Əməkdar Müəllim” fəxri adına layiq görülməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı oxunmuşdur. Əli Həsənov yüksək dövlət mükafatlarını sahiblərinə təqdim etmişdir.

İsgəndər İsgəndərov məktəbin kollektivini əlamətdar gün münasibətilə təbrik etmiş, tədbirin keçirilməsinin əhəmiyyətindən, təhsilə olan dövlət qayğısından danışmışdır. Nazir müavini məktəbin 4 müəlliminə “Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanını, 7 müəllimə isə nazirliyin fəxri fərmanlarını təqdim etmişdir.

Məktəbin direktoru Oqtay Göyüşov yubiley tədbirinin keçirilməsinə, məktəbin müəllimlərinə mükafatların verilməsinə görə ölkə başçısına pedaqoji kollektiv adından minnətdarlığını bildirmişdir.

Tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Sonda Xocavənd rayonunun gənc istedadları ədəbi-bədii kompozisiya göstərmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyə ilə bağlı MƏLUMAT

29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI

Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

29 yanvar 2025-ci il Səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının PROTOKOLU

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub

Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib  YENİLƏNİB

Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq

Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub

Yuxarı Mil kanalından 158 min kubmetrdən çox lil təmizlənib

61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb

Kayum Nasırinin 200 illiyinə həsr edilən beynəlxalq elmi-praktik seminar keçirilib

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 67 minə yaxın müraciət olub

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub VİDEO

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB

Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Zati-aliləri cənab Əhməd əl-Şaraaya

Qazaxıstan və Çin nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirirlər

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Elm və Təhsil Nazirliyi ilə AİB arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə universitetləri ilə ortaq dəyərlərimizin təbliği istiqamətində əməkdaşlığa başlayır

“Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans keçirilib

“İşıq” Gənclərin Karyera Planlaması düşərgəsi başa çatır

AQTİ-nin İdarə Heyətinin sədri: Ölkəmizdə heyvan xəstəliklərinə qarşı aparılan irimiqyaslı tədbirlər öz bəhrəsini verir

Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib

Daha 7 regionda ulduz kateqoriyalarını düzgün qeyd etməyən hotellərin reklamları söküləcək

Afaq Şıxlı: Süni intellekt köməkçi alət ola bilər, lakin yaradıcılıq və dərin məna həmişə insan qəlbindən süzülüb gələcək - MÜSAHİBƏ

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı

Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib

Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib

Türk professor: Azərbaycan həm milli maraqlarını qoruyur, həm də dünyada sülhün bərqərar olmasına töhfə verir

“Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində qaliblər mükafatlandırılıb

Xaçmazda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanları olan şadlıq sarayının fəaliyyəti dayandırılıb

Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib

® “Expressbank”ın əməkdaşları Uşaq Onkologiya Mərkəzini ziyarət ediblər

Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib

Mina qurbanlarına həsr olunan elektron fotokitab hazırlanıb

Çin və Rusiyadan idxal edilmiş kürülərin “Azerbaijan Caviar” adı ilə satışa çıxarıldığı aşkarlandı

BDU-da Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib

UNEC-də “Enerji üzrə Azərbaycan-Alman Elm, Təhsil və Tədqiqat Mərkəzi” yaradılacaq

“Bir elin manifesti” adlı birinci ümumrespublika hekayə müsabiqəsi ilə əlaqədar mətbuat konfransı keçirilib

Hazırda 329 ahıl cütlüyə evdə sosial-məişət xidməti göstərilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 39 faiz artıb

BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb

681 bələdiyyə tam tərkibdə formalaşıb

“AzerGold” qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı seminar keçirib

Stirlinq Fondunun icraçı direktoru Azərbaycandakı multikulturalizm və tolerantlıq mühitini yüksək dəyərləndirib

® “Birbank”ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışına start verilib

Əziz Ələkbərli: “Bir elin manifesti” layihəsi deportasiya və soyqırımların insan taleyinə təsirini ictimaiyyətə çatdırmağı hədəfləyir

® "Kapital Bank" qeyri-neft sektoru üzrə vergi rekordçusu seçilib

Tanınmış jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub

Seçkilərdə yol verdiyi nöqsanlara görə bəzi seçki komissiyaları buraxılıb

Daha 2 bələdiyyəyə seçkilərin nəticələri etibarsız sayılıb

Prezident mükafatçıları: Süni intellektlə bağlı layihələrimiz 10 mindən çox insana çatıb və 11 ölkədə nümayiş olunub– MÜSAHİBƏ

Qanun pozuntuları aşkarlanan məntəqələrdə səsvermənin nəticələri ləğv edilib VİDEO

Rusiya XİN Ermənistanın Avropa İttifaqı ilə mümkün yaxınlaşması barədə

ADAU-da Qərbi Azərbaycana qayıdış mövzusuna həsr olunan regional konfrans keçirilib

Naxçıvanda ötən il təsərrüfat subyektlərinə 410 milyon 27 min manat kredit verilib

Fevralın sonlarına yaxın Bakıya və Abşeron yarımadasına qar yağacağı gözlənilir

"Bavariya" aparıcı futbolçusu ilə müqavilənin müddətini uzadıb

MSK-nın sədri: Bələdiyyə seçkilərində 71 min 209 nəfər müşahidəçi statusuna malik olub

“Neftçi” – “Qarabağ” oyununun hakimləri bəlli olub

Bahar Muradova Yevlax şəhərində vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikası Audiovizual Şurasının sədrinin brifinqi keçirilib

MSK-da bələdiyyə seçkilərinin yekunları ilə əlaqədar iclas keçirilir

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Müdafiə Nazirliyi hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı yenidən müraciət yayıb

Kənd təsərrüfatı naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Türkiyəli ekspertlər: Paşinyanın mövqeyi Bakı ilə dialoqa xələl gətirir

NİİM yağışlı havada qəzaların qeydə alındığı, nasaz avtomobillərin yolda qaldığı küçə və prospektlərin siyahısını açıqlayıb

Azərbaycan-Çin strateji tərəfdaşlığının möhkəmlənməsi qlobal sabitliyə töhfə verir ŞƏRH

Azərbaycanın hədəfləri potensialı ilə düz mütənasibdir - ŞƏRH

SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş yeni respublikalar USAID-in fəaliyyəti üçün meydana çevrilmişdi

Azərbaycanın gənc boksçuları Rumıniyada beynəlxalq turnirdə iştirak edəcəklər

Qazaxıstan və Aİ Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu müzakirə edib

ASCO yükdaşıma göstəricilərini açıqlayıb

Ötən il ödəniş təşkilatları və elektron pul təşkilatlarının əməliyyat həcmi 60 milyard manatı ötüb

Ağcabədidə Milli Qəhrəman Namiq Abdullayevin xatirəsi anılıb VİDEO

Qəzzalı uşaqlar İtaliyada müalicə olunacaqlar

Azərbaycanın 3 cüdoçusu Bakıdakı "Böyük Dəbilqə"də medal görüşünə çıxacaq

Baş prokuror Xəzər rayonunda vətəndaşların müraciətlərini dinləyib

AzMİU tələbələri “Microsoft” sertifikatı əldə etmək imkanı qazanıblar

“Sabah” qəzeti Türkiyə-Türkmənistan qaz sazişinin detallarını açıqlayıb

SOMDA-ya könüllü hərbi xidmətə daxil olmaq istəyənlər üçün sənəd qəbulunun müddəti uzadılıb

Türk İnvestisiya Fondu ilə Türk Ticarət və Sənaye Palataları Birliyi arasında Anlaşma Memorandumu imzalanıb