“4Sİ Akademiyası” layihəsi çərçivəsində görüş
Bakı, 1 sentyabr, AZƏRTAC
Təhsilin İnkişafı Fondunun əməkdaşları “4Si Akademiyası” layihəsi üzrə tərəfdaş qurumların nümayəndələri ilə görüşüblər.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə “Coursera” şirkətinin və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən həyata keçirilən və yaxın müddətdə planlaşdırılan layihələrdən söz açıb. E.Nəsibov həmçinin qonaqları bu il ilk dəfə keçiriləcək Təhsilin İnkişafı Forumuna dəvət edib.
Görüşdə “4Sİ Akademiyası” layihəsinin cari vəziyyəti, müraciətlər, kvotalar, iş bölgüsü və görüləcək işlər barədə müzakirələr aparılıb, qurumlar arasında növbəti əməkdaşlıq perspektivlərinə toxunulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:53]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:09]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [17:36]