Respublika Uşaq Kitabxanasında gənc rəssamın ilk fərdi sərgisi açılmışdır
Bakı, 10 fevral (AZƏRTAC). Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında gənc və istedadlı rəssam Ayan Abbasovanın ilk fərdi sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, sərgidə 50-yə yaxın əl işi nümayiş etdirilir.
Sərginin açılış mərasimində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova sərginin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, istedadlı rəssam Ayan Abbasovanın əsərləri bənzərsizliyi ilə seçilir. Onun əl işlərində həyatın mənası, görüb-duyduğu dünyası məhəbbətlə əks olunmuşdur.
Mərasimdə çıxış edənlər gənc rəssama yaradıcılıq uğurları arzulamışlar.
Sərgidə nümayiş olunan “Buta”, “Tovuzquşu”, “Bayraq Meydanı”, “Qış gecəsi”, “Musiqili buta”, “Çay dəsgahı”, “20 Yanvar” və onlarla digər əl işi müxtəlif rəngli parça və qaşlarla işlənmişdir. Əsərlərin hər biri ayrı-ayrılıqda Ayan Abbasovanın zəngin yaradıcılıq dünyasından xəbər verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]