Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xocavənddə Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi olmuşdur

Xocavənd, 17 oktyabr (AZƏRTAC). Xocavənd rayonunun işğaldan azad edilmiş Nərgiztəpə ərazisində Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının xatirəsinə ucaldılmış abidə kompleksi istifadəyə verilmişdir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyəti üzvlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, şəhidlərin ailə üzvlərinin, keçmiş döyüşçülərin iştirakı ilə mərasim keçirilmişdir.

Mərasim iştirakçıları abidə kompleksi önünə əklil və gül-çiçək dəstələri düzmüş, şəhidlərin ruhuna ehtiramlarını bildirmişlər. Azərbaycanın dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tədbir iştirakçılarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik etmiş, Azərbaycanın keçdiyi müstəqillik yolundan, 20 il əvvəl öz suverenliyinə nail olan Azərbaycanın həmin dövrdə qarşılaşdığı çətinliklərdən, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsindən danışmışdır. Natiq müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin ciddi problemlərlə üzləşdiyini, yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikada sabitliyin yarandığını, siyasi və iqtisadi islahatlara başlandığını qeyd etmişdir.

Bildirilmişdir ki, 1993-cü ilin sonları - 1994-cü ilin əvvəllərində Xocavənd rayonunun düşməndən azad edilməsi uğrunda qanlı döyüşlər getmiş və rayonun bir hissəsi işğaldan azad edilmişdir. Ümummilli lider Heydər Əliyev 1994-cü il aprelin 10-da bu ərazidə Xocavənd taborunun döyüşçüləri ilə görüşmüş, onlarla xatirə şəkli çəkdirmişdir.

Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Nərgiztəpə ərazisində abidə kompleksi yaradılmış, ümummilli lider Heydər Əliyevin əsgərlərlə görüşdüyü Daşlıtəpə ərazisində xatirə lövhəsi, bu səfəri əks etdirən fotoşəkillərin və ümummilli liderin əsgərlər qarşısında çıxışının əks olunduğu plakatlar qoyulmuşdur. Ərazidə döyüşlər zamanı həlak olmuş və yaralanmış Vətən övladlarının qanlarının töküldüyü yerlərdə xatirə lövhələri qurulmuşdur. Nərgiztəpədə inşa edilmiş abidənin üzərindəki qranit lövhədə Qarabağ müharibəsində şəhid olmuş 145 Xocavənd sakininin adları həkk olunmuşdur. Təpənin üzərində bayraq meydanı yaradılmış və Azərbaycanın dövlət bayrağı ucaldılmışdır.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Bayram Səfərov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Elman Məmmədov, “Xocavənd” qəzetinin redaktoru Gültəkin Ağayeva və başqaları tədbirdə çıxış edərək, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışmışlar.

Çıxışlarda işğal altındakı torpaqlarımızın, o cümlədən Xocavənd rayonunun Prezident İlham Əliyevin qətiyyəti sayəsində azad ediləcəyinə inam ifadə olunmuşdur.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Valideynlərini itirmiş uşaqlara birdəfəlik müavinət ödəniləcək

ASK: Türk dövlətlərinin artımı dünya iqtisadi artımını 2 dəfə qabaqlayır

Azərbaycanın beynəlxalq aləmdəki yeri çox parlaq şəkildə görünür - ŞƏRH

Azərbaycan badminton millisi Bakıdakı Avropa çempionatında mübarizəni dayandırıb

Səhiyyə Nazirliyi “Lazer Beauty Klinikası”nın lisenziyasının dayandırılması ilə əlaqədar məktub göndərib

“Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna bir sıra dəyişiklik təklif edilir

Gənclər Kitabxanasında Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar sərgi hazırlanıb

Baş Dövlət Yol Polisi İdarəsindən yağışlı hava ilə bağlı xəbərdarlıq

“Milliyet” qəzeti: Fransa terrorçuları Suriya üzrə konfransın iştirakçıları siyahısından çıxarıb və bu məsələdə Türkiyənin mövqeyini nəzərə alıb

Polina Rəhimova: İnanıram ki, Azərbaycan voleybolunu yenidən dünyaya tanıdan perspektivli oyunçular yetişəcək - MÜSAHİBƏ

Yüksək Texnologiyalar Parkı və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb

Rusiya vətəndaşları Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər

Yeni lisenziya verilən iki radiostansiya bu il fəaliyyətə başlayacaq

DİN: Pirşağı sakini həyətində tapılan silah-sursatı təhvil verib

Bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq

Orxan Məmmədov: Türk İnvestisiya Fondu KOB-larla bağlı layihələri maliyyələşdirməyi nəzərdə tutur

Ötən ay 4,9 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

ADU-nun Konfutsi İnstitutunda Azərbaycan-Çin əməkdaşlığına dair seminar keçirilib

Azərbaycanla Çin arasında imzalanan strateji tərəfdaşlıq haqqında sənəd ikitərəfli münasibətlərdə yeni səhifə açıb - RƏY

® “Unibank” sərfəli mikrokreditlər təklif edir

“Ermənistan, silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir” – Açıqlama

TDT Baş katibi: Orta Dəhliz Şərq və Qərb arasında əsas ticarət marşrutu kimi strateji əhəmiyyət daşıyır

“Şəmkir” futbol klubunun inkişafı istiqamətində işlər görüləcək

Çin ilə Avropa arasında konteyner daşımalarının həcmi rekord həddə yaxınlaşır

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Ağdamda yük maşını minaya düşüb VİDEO

Üzərinə həbs qoyulmuş əmlakın idarəsi, satışı və icarəsi üçün yeni qaydalar təklif olunur

Azərbaycan və Çin arasındakı strateji tərəfdaşlıq möhkəm baza üzərində inkişaf edir ŞƏRH

Ulduz futbolçu “Barselona”ya qayıtmaq istəyir

İsmət Səttarov: Audiovizual Şuranın sosial şəbəkələrə nəzarət etməklə bağlı hər hansı hüququ yoxdur

“Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” adlı elmi-praktiki seminar keçiriləcək

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi dinlənilib

Nizami rayonunda növbəti məhəllə abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib

“Azərtütün” bu il şimal-qərb rayonlarında 800 hektardan çox sahədə tütün əkməyi planlaşdırır

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 3,6 faiz artıb

Gənclər Kitabxanasında İntiqam Mehdizadənin 80 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

® “akart” mədəni irsimizi yaşatmaqda davam edir!

Mikola Kalaşnik: Azərbaycan dövləti İrpen şəhərinin bərpasında yeni layihələrdə fəal iştirak edir

Nazir müavini: Türk İnvestisiya Fondu regional layihələrin maliyyələşdirilməsində geniş perspektivlər vəd edir

Ötən il televiziyada yayımlanan proqramlarla bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub

ABŞ dövlət katibinin təyyarəsi texniki nasazlıq səbəbindən geri qayıdıb

Göyçayda topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb

Ötən ay DSMF-nin xərcləri 66 milyon manat artaraq 574 milyon manat təşkil edib

İsmət Səttarov: Azərbaycanda televiziyaya dəstəyin müxtəlif formaları mövcuddur

Pakistanda partlayış nəticəsində azı 11 nəfər ölüb, 6 nəfər yaralanıb

Məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılan rusiyalı Moskvaya qayıdıb

Naxçıvanda sənaye məhsulu istehsalı üzrə göstəricilər açıqlanıb

Musiqili Teatr mart repertuarını açıqlayıb

Hərbi Hava Qüvvələrində "Gizir hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib

Naxçıvanda narkotik əməliyyatı - saxlanılanlar var VİDEO

Həkim: İİV infeksiyasının erkən diaqnozu uğurlu müalicə üçün vacibdir

Bəstəkar Adil Bəbirovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib

Fevralın 14-ü Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

NBA: Lider səfərdə uduzub

“ASAN xidmət” təcrübəsi ilk dəfə Amerika qitəsində

Zaqatalada ictimai iaşə müəssisəsinin antisanitar şəraitdə fəaliyyət göstərdiyi aşkarlanıb

BMT: 825 mindən çox suriyalı məcburi köçkün öz evinə qayıdıb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Məktəbdə uşaq sığınacağının sakinləri ilə görüş olub

Radioda uşaq proqramlarına marağı artırmaq üçün nə etməli?

ASA: Rəqəmsallaşma sığorta sektorunda yeni imkanlar açıb VİDEO

Ankarada Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfəri mövzusunda tədbirlər keçiriləcək

Azərbaycanı Avropa Kubokunda 16 cüdoçu təmsil edəcək

Təhlükəsizlik tələblərinə cavab verməyən qaldırıcı qurğuların istismarı dayandırılıb

Dünya birjalarında neft bahalaşıb

Kilian Mbappe Fransa millisinə qayıdır

AMFA: Ölkədə 93 BOKT fəaliyyət göstərir

Milli Kitabxanada “Beynəlxalq Kitab Bağışlama Günü”nə həsr olunanı virtual sərgi hazırlanıb

Bu gün Bakıdakı cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək

Azərbaycan neftinin qiyməti 77 dollardan aşağı düşüb

Somali Prezidentinin Azərbaycana səfəri başa çatıb

Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC birgə layihələr həyata keçirəcəklər

Xarici bazarlara nar ixracı artıb

ABA: Ötən il bank sektorunun əldə etdiyi faiz gəlirləri 4 milyard manat olub

“Bu divarlar bizim üçün çox doğmadır...” – 69 yaşlı AzTV-dən REPORTAJ VİDEO

Mərkəzi Bank 4 innovativ məhsulu sınaqdan keçirir VİDEO

Cənubi Koreyada hoteldə baş verən yanğında 6 nəfər ölüb

Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsi əsaslı şəkildə yenidən qurulub VİDEO

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilir

Oxumaq gözəldir, paylaşmaq daha gözəl - Beynəlxalq Kitab Bağışlama Günü

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Bu gün 61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayır

Tənhalıq müəyyən xəstəliklərin riskini artıra bilər - ARAŞDIRMA

“CNN Türk” telekanalı: Xocalı – əbədi yaşar faciə

Monteneqroda 74 yeni çimərlik zonası yaradılıb

Qazaxıstanda qədim türk artefaktı aşkar edilib

Almaniya ordusunun döyüş hazırlığı aşağı düşüb

Etna vulkanında yenidən lava axını müşahidə olunub

Çimərlik voleybolçularımız Misirdə dünya çempionatında iştirak edəcəklər

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb

Avropa Liqası: “Qalatasaray” məğlub olub, “Ayaks” qalib gəlib

Azərbaycanın gənc taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Bu gün 75-ci Berlin Beynəlxalq Film Festivalı start götürüb

Konfrans Liqasında pley-off mərhələsi 4 oyunla start götürüb

Avropa Liqası: “Fənərbağça” İstanbulda Belçika klubunu darmadağın edib

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Sevgi haqqında” kiçik ədəbi-poetik tamaşanın premyerası baş tutub

İmişlidə iki avtomobil toqquşub, xəsarət alan var VİDEO

Azərbaycanın fiqurlu konkisürəni Avropa Gənclər Qış Olimpiya Festivalında çıxışını başa vurub