54 İL HƏBSXANADA QANUNSUZ SAXLAYANDAN SONRA 6,8 MİN DOLLAR VERİB BURAXMIŞLAR
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, Hindistan Ali Məhkəməsi Lalunqa kompensasiya ödənilməsi haqqında qərar çıxarmışdır. O, birdəfəlik 300 min rupi (6,8 min dollar) və hər ay 1 min rupi məbləğində kompensasiya alacaqdır.
Lalunq 1951-ci ildə Assam şatındakı doğma kəndində “ağır zərər vurmaqda” ittiham olunaraq həbs edilmişdir. Onun təqsiri sübuta yetirilsəydi, 10 ilədək həbs cəzası alacaqdı.
Hindistanın hüquq müdafiə təşkilatları Lalunqun işi ilə maraqlanana qədər o, yarım əsrdən çox ştatın bir neçə həbsxanasında və psixiatriya müalicəxanalarında saxlanılmışdır. Bu illər ərzində Lalunqun varlığını hətta ailəsi də unutmuşdur.
Hüquq müdafiəçiləri müəyyən etmişlər ki, Lalunq bir il həbsdə qaldıqdan sonra heç bir ittiham irəli sürülmədən onu psixiatriya xəstəxanasına qoymuşlar. 1967-ci ildə biçarə tibbi müayinədən keçirilmiş və psixi cəhətdən sağlam hesab edilmişdir. Xəstəxana rəhbərliyi vəd etmişdi ki, o, tezliklə evə buraxılacaqdır. Lakin polislər Lalunqu başqa həbsxanaya aparmışlar və o, İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Komissiya onun azad edilməsinə nail olanadək - 2005-ci ilin iyuluna qədər burada zillət çəkmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]