MƏDƏNİYYƏT


Kitabxana “Kitab oxumağın vaxtıdır?” adlı fotomüsabiqə elan etmişdir

Bakı, 25 mart (AZƏRTAC). F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar “Kitab oxumağın vaxtıdır?” adlı fotomüsabiqə elan etmişdir.

Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, şəhərimizin küçələrində, parkda, metroda və digər yerlərdə mütaliə edənlərin xəbərləri olmadan onların fotosunu çəkməklə müsabiqəyə qatılmaq mümkündür.

Müsabiqəyə təqdim edilən fotoşəkillər orijinal, hər formatda və elektron daşıyıcıda (disk, fləş) ola bilər. Fotoşəkilləri kitabxananın elektron ünvanına [email protected]

da göndərmək mümkündür.

İştirakçılar fotoşəkillə yanaşı, bu şəklin adını, müəllifin adını, soyadını, atasının adını, ev ünvanını, təhsil aldığı məktəbin nömrəsini, əlaqə telefonunu da göndərməlidirlər.

Kollaj, fotomontaj və digər formada şəkillər qəbul edilmir. Əlavə məlumatı kitabxananın saytının “elanlar” bölməsində http://www.clb.az/html/elanlar.shtml oxumaq mümkündür. Müsabiqəyə göndərilən şəkillər geri qaytarılmır. Təşkilatçılar həmin şəkillərdən reklam xarakterli tədbirlərdə istifadə edə bilərlər.

Qaliblərin adları sentyabrın 15-də - Bilik Günündə açıqlanacaqdır.

Mövzuya uyğunluq, görüntünün aydın təsviri, orijinallığı və adı, fotoşəklin keyfiyyətli çəkilməsi müsabiqənin şərtləridir.

Fotoşəkillər rəssam və fotoqraflar tərəfindən qiymətləndiriləcəkdir. Qalib işlər kitabxananın saytında və “Göy qurşağı” jurnalında yerləşdiriləcəkdir.

Qaliblərə diplom və hədiyyələr təqdim olunacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.