Bakıda VI milli uşaq kitabı sərgisi açılacaqdır
Bakı, 31 mart (AZƏRTAC). Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə VI milli uşaq kitabı sərgisi açılacaqdır.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, Respublika Uşaq Kitabxanası hər il bu günü qeyd edir. Məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaqdır.
Aprelin 5-dək davam edəcək sərgidə son vaxtlar Azərbaycan nəşriyyatları tərəfindən nəşr edilmiş uşaq ədəbiyyatı nümayiş olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]