MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanası “Dünyanın mədəniyyət rəngləri” mövzusunda yarışma keçirir

Bakı, 12 aprel (AZƏRTAC). F.Köçərli adına Respublika Uşaq Kitabxanası 22 may - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Bakı şəhərinin uşaq yaradıcılıq mərkəzləri arasında “Dünyanın mədəniyyət rəngləri” mövzusunda müxtəlif xalqların milli kuklalarının hazırlanması və bədii kompozisiyasının təqdimatı üzrə yarışma keçirir.

Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, yarışma müxtəlif xalqların kuklalarının milli geyimlərinin düzgün seçilməsi, əl işlərinin olan kuklaların sərgidə nümayişi, müvafiq ölkəyə məxsus nağılın şirma formasında təqdimatı, çarxlı (video və ya foto) slaydın hazırlanması (5-7 dəqiqə), milli geyimdə həmin xalqın rəqsinin təqdimatı (5-7 dəqiqə) nominasiyaları üzrə nəzərdə tutulmuşdur.

Müsabiqədə iştirak üçün mayın 10-dək müraciət etmək olar.

Yarışmanın qalibinə kubok və kompyuter dəsti, nominasiyalar üzrə qaliblərə isə diplom və bahalı hədiyyələr təqdim ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.