MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanası ölkəmizi beynəlxalq konqresdə təmsil edib

Bakı, 12 sentyabr (AZƏRTAC). F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, uşaq yazıçısı Gülzar İbrahimova Meksikada 34-cü Beynəlxalq Uşaq Kitabları Şurasının (İBBY) konqresində iştirak edib.

Zahirə Dadaşova AZƏRTAC-a bildirib ki, konqresdə 64 ölkənin nümayəndələri iştirak edib. Respublika Uşaq Kitabxanası iki ildən bir İBBY-nin keçirdiyi bu konqresdə Azərbaycanı təmsil edir.

Konqres çərçivəsində Respublika Uşaq Kitabxanası sərgi təşkil edib. Hans Kristian Andersen mükafatına təqdim olunan bütün yazıçılar haqqında məlumatlar və onların kitabları da tədbir çərçivəsində sərgilənib. Onların sırasında ötən il namizədliyi irəli sürülmüş azərbaycanlı uşaq yazıçısı Sevinc Nuruqızının da adı yer alıb.

Nümayəndə heyətimiz səfər çərçivəsində Meksikada bir sıra yerləri ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.