MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanasında “dəyirmi masa”
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi uşaq ədəbiyyatı sahəsində çalışanları Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının konqres materialları ilə tanış etmək, onları müasir dünya uşaq ədəbiyyatında üstün olan meyarlarla bağlı maarifləndirməkdir.
“Dəyirmi masa”da Mədəniyyət və Turizm Nazirliyinin, kitabxana əməkdaşlarının, uşaq yazıçı və şairlərinin, tədqiqatçıların, uşaq rəssamlarının və naşirlərin iştirakı nəzərdə tutulub.
Tədbirdə “İBBY-nin Azərbaycan bölməsi” foto slaydları, dünya uşaq ədəbiyyatı nümunələri əsasında geniş sərgi nümayiş olunacaq, İBBY tərəfindən yazıçılarımıza verilmiş sertifikat və diplomlar təqdim ediləcək. Çıxışlardan sonra müasir uşaq ədəbiyyatının inkişafı istiqamətində təkliflər qəbul olunacaq.