7 MAY
2012-ci il. “Baku Crystal Hall” istifadəyə verilib. “Eurovision-2012” mahnı müsabiqəsi burada keçirilib.
“Baku Crystal Hall” "ALPINE Bau Deutschland AG" şirkəti tərəfindən tikilib. Əsasən yığma metal konstruksiyadan istifadə olunmaqla tikilən bina Bakının ən güclü küləyinə belə davamlıdır.

1880-ci il. Xalq Rəssamı, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin doğum günü (1880-1943). Karikaturaları “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və digər jurnallarda dərc olunub. M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin əsasını qoyub. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil edilib. Bakıda keçirilən bu sərgidə rəssamın 1200-dən çox əsəri yer alıb.

1861-ci il. Hind yazıçısı, şair, bəstəkar, rəssam və ictimai xadim, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqorun doğum günü (1861-1941). Nobel mükafatı ona “poetik təfəkkürünün müstəsna bir ustalıqla əks edildiyi və Qərb ədəbiyyatının bir hissəsinə çevrilən gözəl, orijinal, hissiyyat dərinliyi ilə seçilən şeirlərinə görə” verilib. “Gitancali” kitabına daхil olan şeirləri, “Fəlakət” romanı və bir sıra nəsr əsərləri Azərbaycan dilinə tərcümə olunub.

1840-cı il. Dahi rus bəstəkarı Pyotr İliç Çaykovski anadan olub (1840-1893). “Qaratoxmaq qadın”, “Yevgeni Onegin”, “Dəmirçi Vakula”, “Orlean qızı”, ”Mazepa”, “Cadugar”, “İolanta”, “Çəkmələr” operalarının, “Qu gölü”, “Şelkunçik”, “Yatmış gözəl” baletlərinin müəllifidir. O, 20-dən çox simfonik əsər, “İlin fəsilləri” və “Uşaq albomu”nun da daxil olduğu fortepiano üçün əsərlər də bəstələyib. Moskva Konservatoriyasına P.Çaykovskinin adı verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]