Unudulmayan tarix
Bakı, 19 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Noyabrın 20-də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 1991-ci il 20 noyabr Qarakənd fəzasında ermənilər tərəfindən vurulmuş vertolyot qəzası nəticəsində həlak olmuş faciə qurbanlarına həsr olunmuş “Həyat var ki, ölüm qədər zəhərli, Ölüm var ki, həyatdan da dəyərli” mövzusunda xatirə gecəsi keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzası ilə bağlı Sevinc Osmanqızının hazırladığı film və kitab sərgisi nümayiş etdiriləcək.
Tədbirdə balaca oxucuların ifasında şəhidlərimizə həsr olunmuş mahnılar səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]