MƏDƏNİYYƏT


Bakıda VII Milli Uşaq Kitab sərgisi açılacaq

Bakı, 29 mart, AZƏRTAC

Aprelin 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitab Gününə həsr olunmuş VII Milli Uşaq Kitab sərgisi açılacaq.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərginin təşkilində əsas məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onların ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış edilməsi, kitaba və mütaliəyə həvəslərinin artırılması, habelə milli dəyərlərimizi yaşatmaqdır. Sərgi iştirakçıları nümayiş olunan kitabların video slaydını da izləyəcəklər. Tədbirdə Azərbaycan uşaq yazıçılarından Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Ələmdar Quluzadə, Füzuli Əsgərli, Aygün Bünyadzadə, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə və “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova, uşaqların sevimli şairi İlyas Tapdıq iştirak edəcəklər.

Son dövrlərdə nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri 30 mövzu, o cümlədən “2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü”, “Xalq yaradıcılığı paytaxtları-2015”, “2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın ədəbiyyat paytaxtı”, “Qax şəhəri “Azərbaycanın milli mətbəx paytaxtı”, “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Sirli-sehrli ilmələr”, “Azərbaycan-yurdum mənim”, “Gözlə bizi, Qarabağ”, “Kitablarda mən hələ…”, “Dərədən, təpədən”, “Tarix – keçmişdən gələcəyə”, “Yubilyar yazıçılarımız”, “ “F.Köçərli adına Respublika Uşaq Kitabxanası- 50” və digər adlar altında nümayiş olunacaq.

Aprelin 5-dək davam edəcək sərgidə iştirak edən bütün məktəblilərə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.