İDMAN
“Shamkir Chess-2015” beynəlxalq şahmat turnirinin reklam çarxı yayımlanıb VİDEO
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycanın görkəmli şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2015” beynəlxalq turnirinin reklam çarxı yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Synergy Group” ASC-nin sponsorluğu ilə Şəmkirdə təşkil olunacaq superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları - Vişvanatan Anand, Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli Sou, Maykl Adams, Maksim Vaşye-Laqrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcəklər.
Aprelin 16-dan 26-dək keçiriləcək turnirin mükafat fondu 100 min avrodur.
Yarışın açılış mərasimi aprelin 16-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.