"Eurochildbook-2015" adlı kitab sərgidə 40-dan çox ölkənin uşaq ədəbiyyatı nümayiş olunub
Bakı, 3 iyul, AZƏRTAC
Xəbər verdiyimiz kimi F.Köçərli adına Respublika Uşaq kitabxanası "Bakı-2015" birinci Avropa Oyunları ilə əlaqədar "Eurochildbook-2015" mövzusunda kitab sərgisi keçirib. Sərgidə 40-dan çox ölkənin uşaq ədəbiyyatı nümayiş olunub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) milli bölmələri tərəfindən (Finlandiya, Gürcüstan, Norveç, Sloveniya, Moldova, Rusiya və s.) idman mövzusunda kitabxanaya göndərilən kitabların nümayişi uşaqların çox xoşuna gəlib.
Hər gün Bakı məktəblərindən sərgiyə baxmağa çoxlu sayda uşaq gəlir. İlk Avropa Oyunları uşaqlara böyük sevinc bəxş edib. Sərgi zamanı onlar yarışlarla bağlı təəssüratlarını həmyaşıdları ilə bölüşür, Azərbaycan idmançıları tərəfindən qazanılan uğurlara sevinirdilər. Sərgi iştirakçılarına kitabxananın təsis etdiyi "Göy qurşağı" uşaq jurnalı və Avropa Oyunlarının rəmzi olan Nar şəkli və papaq hədiyyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]