Azərbaycan güləşçisi dünya çempionatının qızıl medalını qazanıb VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Avqustun 27-28-də yeniyetmə qızlar mübarizəyə qoşulub. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edirlər.
Çempionatın üçüncü günündə Azərbaycan güləşçiləri Zelfira Ələkbərli və Şəbnəm Əhmədova bürünc medal qazanıblar.
Yarışların dördüncü günündə 40, 46, 52, 60 və 70 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar yarışıblar. Azərbaycan yığması yalnız 52 kiloqram çəki dərəcəsində təmsil olunub. Güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Leyla Qurbanova bütün rəqiblərini üstələyərək finala yüksəlib. Finaladək təmsilçimiz ABŞ, Yaponiya, Polşa və Hindistan idmançılarını mübarizədən kənarlaşdırıb. Həlledici mərhələdə L.Qurbanova Rusiyadan olan rəqibini 6:0 hesablı təmiz qələbə ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]