İlyas Tapdığın "Biblioqrafiya" kitabının təqdimatı olub
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Bakı İdman Sarayında IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində tanınmış şair İlyas Tapdığın uşaq ədəbiyyatı xəzinəsindən "Biblioqrafiya" kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə çap olunan kitab ədibin anadan olmasının 80 illik yubileyi münasibətilə nəşr olunub.
Biblioqrafiyada Azərbaycan və rus dillərində materiallar xronoloji qaydada qruplaşdırılıb, bölmə və yarımbölmələr daxildə isə materiallar əlifba prinsipi ilə düzülüb. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda İlyas Tapdığın əsərlərinin və onun haqqında yazan müəlliflərin əlifba göstəricisi tərtib edilib.
Qeyd edək ki, İlyas Tapdıq müasir uşaq ədəbiyyatında özünəməxsus dəst-xətti olan uşaq şairlərindəndir. Bu sahədə xeyli uğurlu əsərlərin müəllifi kimi tanınan ədib uşaq ədəbiyyatımızın zənginləşməsində müstəsna xidmət göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]