“Əsgər papağı” Şabranda təqdim olunub VİDEO
Şabran, 25 fevral, Elxan Yusifli, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşasını şabranlı tamaşaçılara təqdim edib.
AZƏRTAC xəbər verir ki, Şabran rayon Mədəniyyət Sarayında nümayiş etdirilən səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 13 nəfərlik yaradıcı heyətin yer aldığı tamaşa Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunub. Səhnə əsərində erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir.