Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı ələ keçirilib ViDEO
Bakı, 20 aprel, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı ələ keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan ordusuna məxsus kvadrokopter tipli “Dji Phantom” pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.