Elmir Vəliyev: Gəncənin “Avropa Gənclər Paytaxtı” adına layiq görülməsi Azərbaycan gəncliyinin uğurudur VİDEO
Gəncə, 5 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncənin 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” adına layiq görülməsi böyük nailiyyətdir. Bu uğur təkcə Gəncə gənclərinin deyil, ümumilikdə, bütün Azərbaycan gəncliyinin uğurudur.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev jurnalistlərə müsahibəsində bildirib.
Elmir Vəliyev deyib: “Artıq biz “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə start verdik və bu münasibətlə bütün gəncləri təbrik edirəm. Şəhərimiz bu adı layiqincə doğruldacaq. Qədim şəhərimizin bu titula yiyələnməsi həqiqətən də böyük nailiyyətdir. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir”.