Ermənistanın silahlı bölmələri Tərtərin yaşayış məntəqəsini atəşə tutmağa başlayıb VİDEO
Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də saat 18.20 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qəzyan kəndinin ərazisini 120 millimetrlik minaatanlardan atəşə tutmağa başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, belə təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 28.05.2026 [17:25]