9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Qaradağ rayonunun təhsil ocaqlarında silsilə tədbirlər keçirilir
Bakı, 5 noyabr (AZƏRTAC). Qaradağ rayonunun təhsil ocaqlarında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, rayonun Müşviqabad qəsəbəsindəki 274 nömrəli tam orta məktəbin şagirdləri əvvəlcə Dövlət Bayrağı Meydanında olmuşlar.
Şagirdlərə Dövlət Bayrağı Meydanı haqqında ətraflı məlumat verilmişdir.
Məktəblilər ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaradılması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı foto və sənədlərlə də tanış olmuşlar.
Daha sonra 274 nömrəli məktəbdə “Bayrağımız qürurumuzdur” mövzusunda keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılmışlar.
Tədbirdə məktəbin direktoru Atakişi Cəfərov, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Abbasov şagirdlərə gələcək təhsil illərində uğurlar arzulamışlar.
Məktəblilər vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa etmişlər.
Tədbirdə bir qrup şagirdə rayon gənclər və idman idarəsi tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]