“ƏBÜLFƏT ƏLİYEV” SƏNƏDLİ FİLMİ ÇƏKİLMİŞDİR
Filmin quruluşçu rejissoru Mikayıl Əjdəroğlu AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, musiqişünas Kamil Şahverdiyevin ssenarisi əsasında çəkilmiş filmdə Ə.Əliyevin ömür yolundan, onun bir novator sənətkar kimi yaradıcılıq axtarışlarından, öz mahnıları və təsnifləri ilə musiqimizi zənginləşdirməsindən, özündən əvvəlki ustad xanəndələrin ənənələrini ləyaqətlə davam etdirməsindən söhbət açılır. Eyni zamanda filmə onun sənət yoldaşlarının, görkəmli ziyalıların və incəsənət xadimlərinin ürək sözləri və mərhum xanəndənin ifasında lentə alınmış muğam, xalq mahnıları və təsniflərdən parçalar da daxil edilmişdir.
“Əbülfət Əliyev” sənədli filmi fevral ayında dövlət televiziyası ilə ilk dəfə göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.08.2026 [20:37]
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub
- 23.08.2026 [23:55]