REGİONLAR


Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər

Xırdalan, 21 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin rayon ərazisində yerləşən “N” saylı hərbi hissəsində əsgərlər üçün Novruz şənliyi təşkil edilib. Tədbirdə hərbi hissənin şəxsi heyəti ilə yanaşı, rayon və hüquq-mühafizə orqanlarının rəhbərliyi, mədəniyyət və incəsənət ustaları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, hərbi hissənin komandanlığı Abşeron Rayon İcra Hakimiyyəti rəhbərliyinin bayram gününü əsgərlərlə birlikdə keçirməsini yüksək qiymətləndirərək ölkədə orduya böyük diqqət və qayğının göstərildiyini, əsgərlərimizin işğal altında olan torpaqları azad etməyə hər zaman hazır olduqlarını bildirib.

Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova hərbi hissənin əsgər və zabit heyətini bayram münasibətilə təbrik edərək növbəti bayramların işğal altında olan torpaqlarımızda keçirilməsini arzulayıb. O, ölkəmizdə ordu quruculuğunda böyük nailiyyətlərin əldə olunduğunu qeyd edərək əsgərlərimizin düşmənə ağır zərbələr vuraraq bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmağa qadir olduğunu bildirib.

İ.Gülməmmədova hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabitə rayon icra hakimiyyətinin fəxri fərmanını və hədiyyələri təqdim edib.

Qonaqlar daha sonra hərbi hissənin yeməkxanasına baş çəkib, əsgərlərlə bir yerdə bayram süfrəsində yeməklərdən dadıblar.

Şənlikdə icra hakimiyyəti tərəfindən gətirilən bayram sovqatı əsgərlərə paylanılıb.

Tədbir rayon özfəaliyyət kollektivlərin hazırladığı konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.