Agentlik: Mart ayında 486 nəfərin diplomu tanınıb
Bakı, 4 aprel, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə mart ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, mart ayı üzrə 516 müraciətçinin 486-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 30 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, təhsil forması səbəbi ilə 2, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 219, Rusiya Federasiyasından 110, Türkiyə Respublikasından 95, Belarus Respublikasından 25, Gürcüstandan 19, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 74, maliyyə üzrə 67, menecment üzrə 39, hüquqşünaslıq üzrə 35, biznesin idarə edilməsi üzrə 31 müraciətçi qeydə alınıb.
Bildiririk ki, sənədlərə baxılma müddəti orta hesabla 10 iş günü təşkil edib.
Xatırladaq ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az keçidinə daxil ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:08]
ADPU tədqiqat universiteti olmaq üçün yeni hədəflər müəyyənləşdirib
- 21.09.2026 [16:06]
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub
- 21.09.2026 [16:04]
ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb
- 21.09.2026 [16:00]
Ümumi təhsil müəssisələrinin məzunlarının sayı artıb
- 21.09.2026 [15:51]
Qafqaz Albaniyasının mədəni irsi - tədqiqat
- 21.09.2026 [15:32]
Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib
- 21.09.2026 [15:24]
Pedaqoji Universitetdə yeni proqramlar üzrə qəbul nəticələri açıqlanıb
- 21.09.2026 [15:23]
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir
- 21.09.2026 [15:06]