Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik İbrahim İbrahimovun 110 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir AMEA, Riyaziyyat və Mexanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransı AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açaraq görkəmli alim İbrahim İbrahimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın AMEA-da keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Ölkəmizdə elmə və elm xadimlərinə hər zaman yüksək dəyər verildiyini deyən akademik Arif Həşimov müəllimi olmuş İbrahim İbrahimovun Azərbaycanda riyaziyyat elminin inkişafında, bu sahədə gənc mütəxəssislərin yetişdirilməsində göstərdiyi xidmətlərdən söz açıb, alimlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, keçmiş SSRİ-də, o cümlədən dünyada tanınmış riyaziyyatçı alimlərimizdən olan İbrahim İbrahimovun rəhbərliyi altında ölkəmizdə həqiqi və kompleks dəyişkənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı kimi sahələrdə yüksək elmi nəticələr əldə olunub.

Arif Həşimov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad olunduğunu deyərək, akademik İbrahim İbrahimovun növbəti yubileylərinin bu torpaqlarda keçiriləcəyini qeyd edib. Akademik Arif Həşimov beynəlxalq konfransın işinə uğurlar arzu edib.

Konfransda Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov “Akademik İbrahim İbrahimovun həyatı, elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı İbrahim İbrahimovun riyaziyyat elminin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, İbrahim İbrahimov riyaziyyat sahəsində elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı alimdir. O, 170-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifi olub.

Misir Mərdanovun sözlərinə görə, görkəmli alim İbrahim İbrahimov 1939-cu ildə məşhur sovet riyaziyyatçısı A.Qelfondun elmi rəhbərliyi ilə namizədlik, 1946-cı ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edib. Alim analitik funksiya vasitəsilə düzələn bəzi sistemlərin tamlığını tədqiq edərək riyazi analiz sahəsində klassik nəticələrə nail olub. Onun 1955-ci ildə “Ədədlər nəzəriyyəsinin əsasları”, 1957-ci ildə “Sıralar nəzəriyyəsinin əsasları” və 1962-ci ildə “Riyazi analiz kursu” dərslikləri çap edilib. Akademik İbrahim İbrahimov 1950-1952-ci illərdə K.Rosse və İ.Privalov tərəfindən ali məktəblər üçün yazılmış “Diferensial və inteqral hesabı” adlı iki cilddən ibarət kitabı Azərbaycan dilinə tərcümə edib.

İbrahim İbrahimov Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycan Riyaziyyatçılar Cəmiyyətinin prezidenti olub. Alimin əməyi dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilib, o, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və “Xalqlar Dostluğu” ordeni ilə təltif edilib, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

“Akademik İbrahim İbrahimovun rəhbərliyi ilə 40-dan çox elmlər namizədi hazırlanıb, sonralar 6 tələbəsi elmlər doktoru elmi dərəcəsini alıb. Alim daim öz tələbələrinə yüksək tələbkarlıqla yanaşıb, onların elmi potensialını artırmaqla yanaşı, bir şəxsiyyət kimi formalaşması üçün də böyük səylər göstərib, elmi-pedaqoji fəaliyyəti ilə gənclərə layiqli nümunə olub”, - deyə Misir Mərdanov bildirib. Baş direktor qeyd edib ki, onun dünyanın müxtəlif ölkələrində keçirilən bir sıra beynəlxalq konfranslarda riyaziyyat elminin ayrı-ayrı problemlərinə həsr olunmuş məruzələri daim öz elmi sanbalı ilə nüfuzlu alimlər arasında geniş marağa səbəb olub.

Misir Mərdanov çıxışının sonunda görkəmli alim şərəfli ömrünü riyaziyyat elminin tərəqqisinə həsr etdiyini söyləyib. O, İbrahim İbrahimovun öz prinsipiallığı, təvazökarlığı, sadəliyi ilə yanaşı, yeri gəldikdə sözünü qətiyyətlə deməyi bacaran, öz haqlı mövqeyindən dönməyən şəxsiyyət kimi onu tanıyanların qəlbində hər zaman yaşayacağını qeyd edib. O, alimin Azərbaycan riyaziyyat elminə verdiyi töhfələri yüksək qiymətləndirərək, onun özündən sonra qoyub getdiyi zəngin irsin hələ uzun illər boyu tədqiq ediləcəyini vurğulayıb.

Konfransda AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri akademik Asəf Hacıyev, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Yusif Məmmədov, "Lütfi Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti AMEA-nın müxbir üzvü Rafiq Əliyev və Xəzər Universitetinin təsisçisi professor Hamlet İsaxanlı çıxış edərək görkəmli alimin yüksək insani keyfiyyətlərindən, Azərbaycan riyaziyyat elminə verdiyi dəyərli töhfələrdən danışıb, onunla bağlı xoş xatirələrini bölüşüblər.

Bildirilib ki, akademik İbrahim İbrahimov ömrü həyatından sonra da davam edən insanlardandır. O, yaşadığı dövrdə ölkənin ictimai-sosial həyatında, elm və təhsilin inkişafında mühüm rol oynayıb. Alimin Azərbaycanın ali məktəblərində riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xidmətləri olub. İbrahim İbrahimovun yetirmələri bu gün onun yolunu uğurla davam etdirir, riyaziyyat elminin nəzəri və praktiki məsələlərinin tədqiqi ilə məşğul olurlar.

Sonda alimin qızı professor Səidə İbrahimova atasının xatirəsinə göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, üç gün davam edəcək konfrans işini 8 bölmədə davam etdirəcək, həmçinin 8 plenar məruzə dinləniləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK VİDEO

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO