Almaniya qaz idxalının şaxələndirilməsində maraqlıdır
Berlin, 4 dekabr, AZƏRTAC
AFR xarici işlər naziri Hayko Mas bəyan edib ki, Berlin Ukrayna ərazisindən keçməklə qaz tranzitini “Şimal axını-2” qaz kəməri istifadəyə veriləndən sonra da davam etdirməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, Berlin “Şimal axını-2” kəməri barədə öz mövqeyini dəyişmədiyini elan edib. Hayko Mas bildirib ki, onun ölkəsinin bu qaz kəmərinin tikintisi layihəsindən çıxması Ukrayna iqtisadiyyatına yalnız ziyan vurardı.
Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert isə, öz növbəsində, bu marşrutu “siyasi miqyaslı sahibkarlıq layihəsi” adlandırıb və o da həmin layihənin reallaşdırılmasında Almaniyanın iştirak edəcəyini təsdiqləyib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [16:05]
Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar
- 26.08.2026 [14:26]
Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır
- 26.08.2026 [14:09]
ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır
- 26.08.2026 [14:02]
Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub
- 26.08.2026 [13:49]
Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb
- 26.08.2026 [13:43]