Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir –  ŞƏRH

Bakı, 26 avqust, AZƏRTAC

Laçın coğrafi parametrlərinə görə Azərbaycanın tarixində mühüm qovşaq rolunu oynayıb. Azərbaycanın tarixi ərazilərinin daha geniş olduğu nəzərə alınarsa, Laçının yerləşdiyi coğrafiyanın ölkənin nəqliyyat-kommunikasiya sistemindəki əhəmiyyəti daha aydın görünür. Hələ çar Rusiyası dövründə Laçının nəqliyyat-kommunikasiya imkanlarının artırılmasına böyük diqqət yetirilir, XVIII əsrin ortalarından XIX əsrə qədər mərkəzi hökumət tərəfindən Laçından Türkiyə sərhədinə qədər uzanan yolların yenidən qurulması və modernləşdirilməsi üçün xüsusi vəsait ayrılırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, həmin dövrdə “Yuxarı yol” adlandırılan marşrut öz dövrü üçün xüsusi strateji məqsədlərlə salınmışdı. Yolun tikintisi zamanı yalnız insanların deyil, zəruri hallarda artilleriya qurğuları və hərbi texnikanın hərəkət edə bilməsi də nəzərə alınmışdı.”Dağlıq relyefə baxmayaraq, uzun məsafəyə hesablanmış belə bir kommunikasiya xəttinin yaradılması Laçının coğrafi mövqeyinin əhəmiyyətini bir daha nümayiş etdirir. Bu yol bu gün də istifadə olunur və onun tarixi funksiyası Laçının mühüm kommunikasiya məntəqəsi olduğunu göstərir. İşğal dövründə Ermənistan tərəfi Laçın və Kəlbəcərin Azərbaycana qaytarılmasının mümkün olmadığını bildirərək, bu ərazilərə xüsusi strateji əhəmiyyət verib. Lakin vəziyyət elə gətirdi ki, Prezident İlham Əliyevin sülhə məcburetmə strategiyası nəticəsində Laçın şəhəri bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu, Azərbaycanın həm hərbi-siyasi gücünün, həm də dövlət siyasətinin nəticəsi idi. Hazırda Laçının inkişafı xüsusi proqram əsasında həyata keçirilir və Laçının nəqliyyat-kommunikasiya sistemində xüsusi qovşaq və regional hab kimi formalaşdırılması istiqamətində ardıcıl işlər görülür. Laçın hava limanının inşası, yolların, tunellərin və körpülərin salınması rayon daxilində hərəkətin daha rahat və təhlükəsiz təşkilinə imkan verəcək. Bu infrastruktur həm əhalinin gündəlik gediş-gəlişini asanlaşdıracaq, həm də yükdaşıma imkanlarını genişləndirəcək. Laçının sərhədyanı rayon olması onun əhəmiyyətini daha da artırır. Rayonun xarici çıxış imkanlarının olması gələcəkdə burada gömrük, ticarət, logistika və digər iqtisadi fəaliyyətlərin genişlənməsi üçün yeni imkanlar yaradır. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin də göstəricisidir. Şəhərin və rayonun bərpasına yönəldilən böyük investisiyalar yalnız infrastruktura qoyulan vəsait deyil, eyni zamanda, sülhün və sabitliyin sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsinə yönəlmiş addımlardır”, – deyə politoloq vurğulayıb.

Tofiq Abbasov bildirib ki, hazırda Laçına giriş istiqamətində yerləşən Güləbird kəndindən başlayaraq rayonun yaşayış məntəqələrinin böyük hissəsində abadlıq və yenidənqurma işləri aparılır. Lakin mina təhlükəsi bu prosesin qarşısında duran əsas məsələlərdən biridir:“Rayon ərazisinin minalardan tam təmizlənməsi xüsusi diqqət tələb edir. Minatəmizləmə işlərində tələsmək, hər hansı eksperimentə yol vermək olmaz. Bu işlər xüsusi texnika və mütəxəssislərin hazırladığı plan əsasında, təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə aparılmalıdır. Rayon ərazisi tam təhlükəsiz vəziyyətə gətirildikdən sonra qarşıda yeni və daha geniş inkişaf mərhələsi açılacaq”.

Politoloq Laçının böyük turizm potensialına da diqqət çəkib. Onun sözlərinə görə, dağlar, meşələr, yüksək dağ çəmənlikləri, mineral sular və təmiz dağ havası rayonun turizm imkanlarını əhəmiyyətli dərəcədə artırır.“Doğma ərazilərin işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə burada yeni həyatın qurulması üçün genişmiqyaslı layihələr həyata keçirilir. Unikal kurort mərkəzləri, yaşayış kompleksləri, müasir infrastruktur və yeni iş imkanları rayonun gələcək inkişafının əsasını təşkil edir. İnsanların doğma torpağa bağlanması üçün yalnız evlərin tikilməsi kifayət deyil. Orada iş yerləri, sosial infrastruktur, rahat kommunikasiya və iqtisadi fəaliyyət imkanları olmalıdır. Bu baxımdan laçınlıların özlərinin də proseslərdə fəal iştirakı çox vacibdir. Dövlətlə yanaşı, yerli təşəbbüslərin də meydana çıxması quruculuq prosesinə əlavə dinamika verə bilər. İslahatların əsas qayəsi insanların həyatında real sosial effekt yaratmaq, onların həyat tərzini və keyfiyyətini yaxşılaşdırmaqdır. Bu baxımdan Laçında baş verən dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı illərdə həm şəhərin, həm də kəndlərin abadlaşmasının, insanların öz doğma yurdlarına daha möhkəm və üzvi şəkildə bağlanmasının şahidi olacağıq”, – deyə Tofiq Abbasov vurğulayıb.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib