Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arye Qut: İsrail-Azərbaycan strateji tərəfdaşlığının inkişafında yeni mühüm mərhələ başlayıb

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması İsrail dövlətində rəsmi Bakı tərəfindən səfirliyin açılması yolunda ilk addım oldu.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut Amerikanın “Jewish Press” nüfuzlu yəhudi media platformasının və qəzetinin jurnalisti Raxel Avraama eksklüziv müsahibəsində bildirib.

İki həftə öncə, İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılanda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: “Biz strateji münasibətlərimizdə yeni bir mərhələyə qədəm qoymuşuq. Bizim əməkdaşlığımızın güclü kökləri var, bizim münasibətlərimiz çoxsaylı təmaslar sayəsində möhkəmlənib və dərinləşib. Münasibətlərimizin möhtəşəm multikulturalizm və tolerantlıq ənənəmizə əsaslandığından qürur duyuruq. Bu, iki xalqın birgə uğurudur”.

“Avrasiyada heç bir ölkə İsraillə Azərbaycandan daha yaxın, isti, strateji, daha səmimi və dostluq münasibətlərinə malik deyil”, - deyən Arye Qut vurğulayıb ki, hazırda İsraildə Azərbaycan səfirliyi olmasa da, bu ölkə artıq otuz ildir Təl-Əvivlə möhkəm, çoxşaxəli və yaxın dövlətlərarası münasibətləri qoruyub saxlayıb.

Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda İsrailin mühüm strateji tərəfdaşının məhz Azərbaycanın olması və İsrail ilə hərbi-strateji tərəfdaşlıqdan hər cür texnoloji üstünlük əldə etməsi ilə barışa bilmir.

“2020-ci ilin dekabrında keçirilən Zəfər paradı, bunun şəxsən Azərbaycan Prezidentinin, igid Azərbaycan əsgəri və zabitinin, Azərbaycan xalqının hərbi, siyasi, mənəvi, texnoloji zəfəri olduğunu nümayiş etdirdi. Azərbaycan qalib dövlət olaraq, 27 illik erməni işğalı altında qalan əraziləri azad etdi və Cənubi Qafqaz regionunda artan geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünü bütün dünyaya göstərdi. Ermənistan, sadəcə olaraq, Azərbaycanın İsrailin kritik strateji tərəfdaşı olması faktını qəbul edə bilmir”, - deyə Arye Qut Amerikanın tanınmış “Jewish Press” yəhudi media platformasına eksklüziv müsahibəsində vurğulayıb.

İsrailli ekspertin fikrincə, İsrail-Azərbaycan münasibətlərinin strateji və hərbi-texniki tərəfdaşlıq xarakter daşıdığını, iki ölkənin hökumətlərarası komissiyasının yüksək səviyyədə etimad və daimi qarşılıqlı dialoqa malik olduğunu vurğulamaq çox vacibdir.

Ekspertin sözlərinə görə, bu gün bu strateji tərəfdaşlıq, kənd təsərrüfatı, yüksək texnologiyalar, kibertəhlükəsizlik, səhiyyə də daxil olmaqla, iqtisadiyyatın digər sahələrində də öz əksini tapıb. İsrail dövlətinin dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biri olduğunu da vurğulamaq lazımdır.

“İki ölkə arasındakı münasibətlər təəccüb doğurur, çünki Azərbaycanda əhalinin əksəriyyətini müsəlmanlar təşkil edir. Buna baxmayaraq, azərbaycanlılarla yəhudilər arasında əbədi dostluq əsrlər boyu inkişaf edib. Bir çox digər xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudiləri əcnəbi hesab etmirlər və onlara cəmiyyətin ayrılmaz hissəsi kimi yanaşırlar. Azərbaycan, həm də zərdüştlər, xristianlar və yəhudilər daxil olmaqla, digər etnik qrupların da evidir. Milli azlıqlara hörmət və dözümlülük Böyük İpək Yolu dövründən bu günə qədər ölkənin inkişafında çox böyük rol oynayıb”, - deyə israilli ekspert qeyd edib.

Arye Qut bildirib ki, 2016-cı ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana tarixi səfəri və İsrailin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi yardım Azərbaycanla İsrail arasında sıx və möhkəm hərbi-texniki və strateji tərəfdaşlığın olduğunu bir daha təsdiqləyib.

“Bu tərəfdaşlıq, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də vurğulanmışdı. Dövlət başçısı bildirmişdi ki, “Azərbaycan yəhudiləri ölkənin ictimai-siyasi həyatında mühüm, əvəzolunmaz və ayrılmaz rol oynayır və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə böyük töhfə verirlər”, - deyə Arye Qut qeyd edib.

Arye Qutun sözlərinə görə, Azərbaycanın 2020-ci ilin dekabrında Zəfər paradında İsrail silahlarının bir hissəsini, məsələn, 12.7 mm NSV pulemyotlu SandCat-Stormer zirehli maşınları, SPIKE-ER, NLOS, LAHAT tank əleyhinə idarə olunan raketləri, 120 mm SPEAR minaatanları, çoxsaylı PUA-ları (Orbiter-1KM, Orbiter-2B, Orbiter-3B, Orbiter-4, Aerostar-BP, Heron, Hermes-450, Hermes-900 və Harop) nümayiş etdirməsi faktı strateji tərəfdaşlığımıza paxıllıq edənlərə real və səmimi cavab idi.

“Ermənistan İkinci Qarabağ müharibəsində tam geosiyasi, diplomatik və hərbi fiaskoya uğradı. 44 gün ərzində "şanlı erməni ordusu"nun imici məhv edildi, bu işğalçı ordu isə darmadağın edildi. Üç ay əvvəl mən azad edilmiş ərazilərdə idim və ilk andan məndə elə təsəvvür yarandı ki, sanki işğal zamanı bu əraziyə qorxunc bir vəba gəlmişdi”, - deyə Arye Qut bildirib.

Demək olar ki, bütün azad edilmiş ərazidə nə bir ev, nə bir uşaq bağçası, nə bir məktəb, nə də bir kitabxana və bir muzey var idi. Bütün bu 27 il ərzində erməni işğalçı ordusu Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan kimi gözəl şəhərləri yer üzündən silərək, soyğunçuluq və vandalizmlə məşğul olurdu.

“Əvvəllər küçələr və evlər, məktəblər və muzeylər olduğu yerdə indi mən yalnız qapı və sütunlar gördüm, pəncərə çərçivələri sökülmüşdü. Bütün xarabalıqları ağaclar basıb. Əgər ermənilər bu əraziləri öz əraziləri adlandırırlarsa, niyə bu ərazilər xəyal şəhərlərə bənzəyir, niyə bu əraziləri çoxlu sayda tanklar üçün mina və tunellərlə tərk ediblər? Həqiqətən də ermənilər üçün Vətən bu qədər xəyal kimi görünür?", - deyə Arye Qut Amerikanın nüfuzlu “Jewish Press” yəhudi media platformasına ritorik sual verir.

Arye Qutun sözlərinə görə, erməni vandalizminə və faşizminə baxmayaraq, Azərbaycan Respublikası qalib ölkə olaraq Qarabağın dirçəlişinə başlayır və Cənubi Qafqaz regionunda yeni geosiyasi və geoiqtisadi planlar qurur.

“Ermənistanın işğalından azad edilmiş ərazilərdə qorxunc bir mənzərə gördük. Daş üstə daş yoxdur. Biz Qarabağa əsl həyatı qaytarmaq istəyirik. Biz artıq infrastruktur və hava limanının tikintisinə başlamışıq. Azərbaycan xalqı ən yaxşı texnologiyalara əsaslanan ağıllı şəhərlərə qayıdacaq, bu layihələrdə bir neçə ölkə iştirak edir və İsrail Qarabağda bizə həqiqətən də kömək edən ilk dövlətlərdən biri idi”, - deyə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildəki çıxışında qeyd edib.

Rəsmi Bakı İsrail şirkətləri ilə bütün sahələrdə sövdələşmələrin bağlanmasını planlaşdırır ki, bu da Qarabağ bölgəsinin dirçəlməsinə kömək edəcək. "Biz əminik ki, bu, ikitərəfli münasibətlərə böyük töhfə verəcək və yeni nailiyyətlərə səbəb olacaq. İsrailli investorları bu layihələrə qoşulmağa dəvət edirik. Biz hesab edirik ki, texnologiya, innovasiya, kosmos və digər sahələrdə əməkdaşlıq üçün böyük potensial var. Biz, İsraildə nazirlər, nazirliklər və işgüzar dairələrlə keçirdiyimiz bütün görüşlərin hər iki tərəfdən qərar verən hökumət məmurlarının münasibətlərimizin daha da möhkəmlənməsi üçün bir stimula malik olduqlarını göstərdiyini faktını dəstəkləyirik", - deyə nazir Mikayıl Cabbarov Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılış mərasimində vurğulayıb.

Arye Qut qeyd edib ki, bir İsrail vətəndaşı olaraq, Azərbaycan rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin yəhudi icmasına böyük dərəcədə hörmət və ehtiram nümayiş etdirməsindən qürur duyur. “Prezident İlham Əliyevin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Tezliklə Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq Azərbaycan Dağ Yəhudiləri Muzeyinin rəsmi olaraq açılışı planlaşdırılır. İsrail dövləti, həmçinin Azərbaycan rəhbərliyinin yəhudi icmasına münasibətdə rolunu yüksək qiymətləndirir. Bu hörmət və tərəfdaşlıq ənənəsi olmadan, Azərbaycanla İsrail arasında sıx ikitərəfli strateji münasibətlər çətin ki mövcud olardı. İki ölkə arasında, eləcə də Azərbaycan ilə Azərbaycan yəhudiləri arasında münasibətləri sadə qarşılıqlı maraqla izah etmək olmaz. Ümumi dəyərlər və ümumi tarix müasir dövlətlərarası münasibətlərdən keçir. Hər iki ölkə insani əlaqələr və müxtəlif və dini nöqteyi-nəzərdən dözümlü cəmiyyətlərdə yaşamaq qətiyyəti ilə doludur”, - deyə Arye Qut Amerikanın nüfuzlu “Jewish Press” yəhudi media-platformasına eksklüziv müsahibəsində bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Turizm eksperti: Şuşaya gələn hər kəs bu şəhərin tarixi və mənəvi əhəmiyyətini dərk etməlidir

Balakən ziyalısı: Şəhidlərə olan sevgimizi qayalara deyil, qəlblərə həkk etməliyik

Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

Qubada Beynəlxalq Şahmat Festivalı start götürüb

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

İsrail Livanın cənubunu yenidən bombalayıb

Media: İran Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz aparatı vurub

Çində torpaq sürüşməsi baş verib: ölənlər var

Ukrayna ilə bağlı danışıqlara dair növbəti addımlar yaxın həftələrdə açıqlanacaq

ABŞ hərbçiləri Sakit Okeanda narkokartelə xidmət edən gəmiləri batırıb

V Haraldın dəfn mərasimində Britaniya Kralını şahzadə Uilyam təmsil edəcək

Almaniya Kansleri Fridrix Merts bəzi etiraflar edib

Pentaqon rəhbəri İranı hədələyib

“Phantom" tipli qırıcı təyyarə aviaşouda qəzaya uğrayıb

Müharibə əlili Tariyel Didarov: Tarixdə iz qoymaq istəyiriksə, ilk növbədə tariximizi qorumalıyıq

Peru hökuməti beş həbsxanada fövqəladə vəziyyət elan edib

Uşakov: Amerikalılarla danışıqlar konstruktiv keçib

İsrail ordusu Suriyanın bir sıra ərazilərini atəşə tutub

İran ordusu ABŞ-yə məxsus gəmilərə zərbələr endirib

Kreml görüşü 3 saatdan çox çəkib YENİLƏNİB

Yazıçı-publisist: Hər birimiz ölkəmizin tarixi-mədəni irsinə və milli yaddaşına hörmət etməliyik

Bundesliqa: “Bavariya” səfərdə xal itirib

Rəssam: Təbii mənzərəyə yad müdaxilə yolverilməzdir

Rusiya Prezidenti: Əmrimlə Kiyevə zərbələr dayandırılıb

İstanbul derbisi: "Fənərbağça" öz meydanında "Beşiktaş"a uduzub

Siyasi şərhçi: Mədəni irsin qorunması üçün ictimai məsuliyyət vacibdir

"Neftçi" öz meydanında "Şəfa"ya böyük hesabla qalib gəlib

Kinşasada toy mərasimində yanğın baş verib: 22 nəfər həlak olub

ŞƏT-ə sədrlik Pakistana öz güclü tərəflərini nümayiş etdirmək imkanı verəcək - ŞƏRH

İranda yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb

Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq

Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib

Memar: Şuşanın hər bir daşı milli kimliyimizin və tariximizin şahididir

Azərbaycanlı triatlonçu: Bu nəticəni gözləmirdim, amma bunun üçün çalışırdım

Çin vətəndaşı 10 gündən sonra Nepaldakı daşqın bölgəsindən sağ tapılıb

Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir

Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb

Deputat: Tarixi abidələrin üzərinə müxtəlif adların yazılması yolverilməzdir

Lavalda Türkiyə və Azərbaycan mədəniyyəti nümayiş olunub

Hər bir daş, divar, tarixi məkan xalqımızın yaddaşının parçasıdır - AÇIQLAMA

"Sabah" "Zirə"ni darmadağın edərək liderliyə yüksəlib

Şəhidlərin xatirəsi tarixi və mədəni irsə zərər vurmaqla əbədiləşdirilməməlidir – ŞƏRH

Zelenski Kiyev və Moskvaya hava zərbələrinin dayandırılması məsələsinə aydınlıq gətirib

Cavid İsmayıl: Vətən sevgisi onun daşına yazmaqda deyil, daşını qorumaqdadır

Bu saata olan əsas xəbərlər

Minillik tarix, zəngin mədəniyyət: İçərişəhərdə Şanlıurfa Mədəniyyəti Günləri

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışının qalibləri mükafatlandırılıb VİDEO

Tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir - ŞƏRH

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

O yazılar tarixi mənzərəni zədələyir - RƏY

Gülşən Axundova: Tarixi binalara və təbiətə məsuliyyətlə yanaşmaq hər birimizin vətəndaş borcudur

Üç azərbaycanlı atlet “IRONMAN 70.3” triatlon yarışının qalibi olub

İki şəhid qardaşın atası: Müqəddəs xatirəyə hörmət vandalizm yolu ilə ifadə oluna bilməz

Asif Nərimanlı: Şuşanın hər daşı və qayası özündə tarix yaşadır

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Vaqif Qasımov: Şuşaya qonaq kimi deyil, onun tarixinin qoruyucusu kimi yanaşmalıyıq

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər